Trampdan əmr: ABŞ-ın kosmik ordusu olacaq!
Posted on : Digər sahələr 10/08/2018
"Mənim tapşırığım əsasında yeni qoşun növü yaradılır"
Tashaio.com-un “Fox News”-a istinadən verdiyi xəbərə əsasən, ABŞ prezidenti Donald Tramp Kanzas ştatındakı çıxışı zamanı ABŞ Kosmik Qüvvələrinin yaradılması planları haqda danışıb.
“Mənim verdiyim tapşırığa əsasən, Pentaqon hazırda ABŞ Silahlı Qüvvələrinin 6-cı qolunun - kosmik qüvvələrin yaradılmasının üzərində işləyir.”, - deyə o bildirib.
.@POTUS: "And on my direction, the Pentagon is now working to create the sixth branch of the American Armed Forces: The Space Force." pic.twitter.com/bAAsQA00BL
— Fox News (@FoxNews) October 7, 2018