header

 QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “FUSSİLƏT” SURƏSİ

Əlli dörd ayədən ibarət olan “Fussilət” surəsi Məkkədə nazil olmuş və Məkkə surələrinin xüsusiyyətlərinə sahibdir.

Əlli dörd ayədən ibarət olan “Fussilət” surəsi Məkkədə nazil olmuş və Məkkə surələrinin xüsusiyyətlərinə sahibdir. Belə ki, bu surədə də İslam maarifi, etiqadi məsələlər, bildiriş və bəşarətlərə daha çox yer ayrılıb. Eyni zamanda, Qurani-Kərimin digər surələrində bəyan olunmayan mətləblərin bu surədə yer tutması özünəməxsus xüsusiyyəti ilə seçilir. Üst-üstə bu surənin möhtəvasını neçə hissədə xülasə etmək olar:

1. Başlanğıcda Qurani-Kərim, onun Allah-Taala tərəfindən nazil olması, sözügedən surənin müxtəlif ayələrində bu məsələyə dair bəhslər, o cümlədən, (41-42-ci ayələrdə qeyd olunduğu kimi,) Qurani-Kərimin möhkəmliyi, ona batilin əsla yol tapa bilməməsi və hər zaman qiymətli olmasına toxunulur, açıq-aşkar buyurulur:

لَا يَأْتِيهِ الْبَاطِلُ مِن بَيْنِ يَدَيْهِ وَلَا مِنْ خَلْفِهِ تَنزِيلٌ مِّنْ حَكِيمٍ حَمِيدٍ

Nə öncə, nə də sonra batil ona yol tapa bilməz. O, hikmət sahibi, şükrə (tərifə) layiq olan (Allah) tərəfindən nazil edilmişdir.

Bu ayə, həm də Qurani-Kərimin tarix boyu təhrifə məruz qala bilməyəcəyinə bir dəlil-sübutdur.

2. Yerlə göyün; dağların, bitkilərin və heyvanların yaranışından söz açılır.

3. Ad və Səmud kimi keçmiş məğrur və azğın qövmlərin sərgüzəşti və acınacaqlı aqibətindən danışılır və həzrət Musanın (ə) əhvalatına qısa şəkildə işarə olunur.

4. Qiyamətlə bağlı təkanverici ayələrin, qiyamətdə bədən üzvlərinin, hətta dərinin şahidlik etməsinin qeyd olunması ilə müşrik və kafirlərə xəbərdarlıq edilir, ilahi əzabla üzləşən kafir və müşriklər Allah-Taala tərəfindən məzəmmət olunurlar.

5. Axirət aləmi və qiyamətlə bağlı bir sıra dəlillər və xüsusiyyətlərə toxunulur.

6. Sözügedən bəhslərin əsnasında müxtəlif moizələr və öyüd-nəsihətlərlə müsəlmanların əhval-ruhiyyəsi gücləndirilir, onlara haqq yolunda müqavimət göstərib düşmənlərlə məntiqli rəftar etmələri tövsiyə olunur.

7. Sonda surə Rəbbin xarici aləmdəki qüdrət nişanələri ilə bağlı qısa şəkildə söz açılır və yenidən məad məsələsinə qayıdışla surəyə xitam verilir. (“Təfsiri-nümunə”, 20-ci cild, səh. 202-204.)

Qeyd etməliyik ki, “tәfsil” sözündən alınan “fussilәt” sözü “şәrh еdilmiş” dеmәkdir. Bu surənin 3-cü аyәsindә Qurаni-Kərim hаqqındа bildirilir ki, onun аyәlәri geniş şәrh еdilmiş bir kitаbdır. Bәli, Qurаndа hidayət yolu, hаqq vә bаtil әtrаflı şәkildә izah оlunmuşdur.

Surәnin digәr bir аdı “Sәcdәdir”. Çünki bu surә dörd “әzаim”, yәni vacib sәcdәli аyәsi оlаn surәlәrdәn biridir və surənin 37-ci ayəsi oxunduqda, səcdə etmək vacibdir. İlk sәcdә surәsi ilә sәhv sаlınmаmаsı üçün bu surәyә “Hа-Mim, Tәnzil” dеyilir. (“Surələr gülüstanı”, Ustad Məhəmmədhüseyn Cəfəri, səh.133.)

FUSSİLƏT” SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ

1. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

مَن قَرَأَ حم السَّجدَةَ اُعطِىَ بِعَدَدِ کُلِّ حَرف مِنها عَشرَ حَسَنات

Hər kim “Hа-Mim, Səcdə surəsini oxusa, Allah-Taala ona onun hər bir hərfinin sayına görə on savab əta edər.

2. İmam Sadiq (ə) buyurmuşdur:

مَن قَرَأَ حم السَّجدَةَ کانَت لَهُ نُوراً یَومَ القِیامَةِ مَدَّ بَصَرِهِ وَسُرُوراً وَعاشَ فی هذِهِ الدُّنیا مَغبُوطاً مَحمُوداً

Hər kim “Hа-Mim, Səcdə surəsini oxusa, bu surə qiyamət günü onun qarşısında nura çevrilib gözünü işıqlandırar, sevincinə səbəb olar və bu dünyada da hamının qibtə edəcəyi layiqli məqama sahib olar. (“Məcməul-bəyan”, 9-cu cild, səh.2.)

Əlli dörd ayədən ibarət olan “Fussilət” surəsi Məkkədə nazil olmuş və Məkkə surələrinin xüsusiyyətlərinə sahibdir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-02-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap