header

 Bakıda sərxoş ata 3 uşağının yaşadığı evi yandırdı

Sədi Rəhimov evdə tək olarkən yaşadığı mənzili qəsdən yandıraraq oradan uzaqlaşıb.

 

Bakının Səbail rayonu Arif İsmayılov küçəsində yanğın hadisəsi baş verib. Hadisə zamanı üç uşaq atası 48 yaşlı Sədi Rəhimov evdə tək olarkən yaşadığı mənzili qəsdən yandıraraq oradan uzaqlaşıb. 

 Alovu görən qonşular dərhal Fövqaladə Hallar Nazirliyinə xəbər verib. Əraziyə cəlb olunan yanğın söndürmə briqadası qısa vaxt ərzində ümumi sahəsi 120 kvadrat metr olan evdə alovun qarşısını alıb. Ətraf tikililər də yanğından mühafizə olunub. 

 Evinin yanmasından xəbər tutan Sədinin həyat yoldaşı Adilə Rəhimova əraziyə gəlib və ərinin içki aludəçisi olduğunu deyib.

 Faktla bağlı Səbail rayon polis idarəsi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılır. Yanğının qəsdən və ya ehtiyatsızlıq səbəbindən baş verməsi isə bu araşdırmalardan sonra məlum olacaq.

Sədi Rəhimov evdə tək olarkən yaşadığı mənzili qəsdən yandıraraq oradan uzaqlaşıb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:30 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap