İran: ABŞ-la müzakirə etməyi düşünmürük
Posted on : iran 09/18/2018
Qasımi Amerika rəhbərliyinin yaratdığı yeni şərtlərdə İranın ABŞ-la müzakirə etməyi düşünmədiyini açıqlayıb.
Həftəlik mətbuat konfransında müxtəlif gündəmləri dəyərləndirən İran Xarici İşlər Nazirliyi mətbuat katibi Bəhram Qasımi ABŞ-ın keçmiş xarici işlər naziri Con Kerri ilə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif arasındakı danışıqların rəsmi görüş olmadığını bildirib.
Tashaio.com xəbər verir ki, ABŞ-la müzakirə mövzusuna toxunan Bəhram Qasımi Amerika rəhbərliyinin yaratdığı yeni şərtlərdə İranın ABŞ-la müzakirə etməyi düşünmədiyini qeyd edib.
Mətbuat katibi ABŞ Prezidenti Trampın yöndəmsiz və məsuliyyətsiz şəkildə nüvə müqaviləsindən çıxaraq İran və müqavilənin digər tərəfləri üçün yeni şərtlər yaratdığını, bu səbəbdən Amerika ilə müzakirənin gündəmlərində olmadığını vurğulayıb.