header

 Azərbaycanda 7 kənd neçə aydır ölüm-dirim mübarizəsi aparır

Avqustun qızmar yayı Azərbaycanı qovurduğu bu günlərdə Biləsuvarın bir neçə kəndinin camaatı susuzluqdan əsil Kərbəla müsibəti yaşayır. Araz çayından rayonun Təzəkənd, Yuxarı Cürəli, Ağəli, Ovçubərə, Əmənkənd, Dövrüşlü kəndlərinə gedən kanalda 7-8 gündən bir 1-2 gün su peyda olur ki, camaatın həmin günlərdə götürdüyü su kanalın quruduğu günlərin hamısına tam çatışmır. 

 Rayon sakinlərinin verdiyi məlumata görə, əvvəlki yay aylarında da belə problemlər yaşanırdı, lakin kanal 2-3 günlüyə quruyurdu. Bu ilki yay quraq keçdiyinə görə, kanalın ayağında yerləşən bu kəndlərə su çatmır, yuxarı kəndələrin camaatı zorluqla-xoşluqla suyu əkinlərə bağlayaraq kanalı tam qurudurlar. Hər dəfə rayon icra hakimiyyəti işə qarışır və bir neçə günə kanala su gətirmək mümkün olur. 

 Problemin dəhşətli tərəfi odur ki, adı çəkilən kəndlərdə başqa su mənbəyi yoxdur və camaat içməli suyu da həmin kanaldan götürür, kanaldan götürülmüş bulanıq su xüsusi çənlərdə çökdürülür, sonra daşdan süzülür və s. Kəndlərdə içməli su şəbəkəsinin olmaması üzündəndir ki, kanalda su olmayan günlərdə Biləsuvarın həmin kəndlərinin camaatı içməli su əldə etmək üçün avtomobillə qonşu Cəlilabad rayonunun Alar kəndinə getməli olurlar. Avtomobillərə 3 litrlik bankalardan tutmuş 40 litrlik bidonlara qədər evdə olan bütün su qablarını doldururlar. 

 Camaat su daşıyan avtomobillərdən də su alır. 5 tonluq avtomobillər təmiz içməli suyun maşınını 30 manata satır, bulanıq kanal suyunun maşını isə 10 manata satılır. Örüşdə su olmadığına görə, mal-qaranı da həyətlərdə suvarırlar. Buna görə də, bir çox ailələrdə gün ərzində 1 ton su işlədilir. Nəticədə ailələr ay ərzində suya 40 manatdan 150 manata qədər pul xərcləyirlər. Təbii ki, bu da daimi gəlir mənbəyi olmayan yoxsul kənd ailələri üçün çox böyük vəsaitdir. 

 Bu məsələdə problem təkcə Biləsuvarın kəndləri ilə bağlı deyil, aran bölgəsinin yüzlərlə kəndi içməli suyu Arazdan və ya Kürdən gələn kanallardan götürür və əksəriyyətində də yayın qızmar günlərində bu cür susuzluq problemləri yaşanır. Bu, adı dünya üzrə su ilə zəngin ölkələr siyahısında olan Azərbaycan üçün normal sayıla bilməz. 

 Elmi araşdırmalara görə, Azərbaycanın səth sularının illik ehtiyatı 19 milyard tondur. Bunun üzərində 10 milyard ton transsərhəd suları ehtiyatını və 5 milyard ton yeraltı suları gəlincə, ölkənin 34 milyrd ton içməli su ehtiyatı olduğu ortaya çıxır. Avropa normaları ilə bir insana gün ərzində 400 litr, yəni ildə 146 ton su lazımdır və 9,5 milyon Azərbaycan sakinini Avropa səviyyəsində su ilə təmin etmək üçün cəmi 1,3 milyard ton su lazımdır. Reallıqda isə hətta aran bölgəsində yaşayan 5 nəfərlik ailə həyət və mal-qara qarışıq gün ərzində 1 tondan artıq su işlətmir. Bu baxımdan Azərbaycanı tam su ilə təmin etmək üçün 0,7 milyard ton da yetərlidir. Amma bütün bunlara baxmayaraq, Azərbaycanın bir çox bölgələri yenə də su sarıdan qıtlıq çəkir. Yəni mövcud olan imkanlardan istifadə edilmir. 

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap