header

 QƏLB ARAMLIQ MƏRKƏZİDİR

QƏLB ARAMLIQ MƏRKƏZİDİR

Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 260-cı ayəsində buyurur:

وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ أَرِنِي كَيْفَ تُحْيِـي الْمَوْتَى قَالَ أَوَلَمْ تُؤْمِن قَالَ بَلَى وَلَـكِن لِّيَطْمَئِنَّ قَلْبِي قَالَ فَخُذْ أَرْبَعَةً مِّنَ الطَّيْرِ فَصُرْهُنَّ إِلَيْكَ ثُمَّ اجْعَلْ عَلَى كُلِّ جَبَلٍ مِّنْهُنَّ جُزْءًا ثُمَّ ادْعُهُنَّ يَأْتِينَكَ سَعْيًا وَاعْلَمْ أَنَّ اللّهَ عَزِيزٌ حَكِيمٌ

“(Xatırlao zaman kiİbrahim dedi: “Ey Rəbbimmənə ölüləri necə diriltdiyinigöstər.” (Allah-Taalabuyurdu: “Məgər iman gətirməyibsən?! (İbrahimərz etdi: “(İman gətirmişəm,) amma qəlbimin aram olması üçün (soruşdum).” (Allah-TaalaBuyurdu: “Dörd quş (rəvayətə görə tovuzxoruzgöyərçin  qarğatut  onları özyanında yığıb tikə-tikə et, (bir-birinə qarışdır.) Sonra hər dağın başına ondan birparça qoySonra quşları çağırsürətlə sənə doğru gələcəklər. Bil ki, Allah yenilməz qüdrət və hikmət sahibidir.”

İslam Peyğəmbərindən (s) sonra tarixin misilsiz şəxsiyyəti imam Əli (ə) buyurmuşdur:

لَوْ کُشِفَ الْغِطَاءُ مَا ازْدَدْتُ یَقِیناً

Əgər pərdələr çəkilsə belə mənim yəqinimə bir şey artırılmaz.” (“Qurərul-hikəm”, c.1, səh.566, hədis 1.)

Amma başqa insanlar öz eşitdiklərini, hətta inandıqlarını da gözlə müşahidə etmək istəyirlər. Hamı şəkərin çuğundurdan hazırlandığını bilsə də, bu prosesin necə getdiyini bilmək istəyir.

Nəql olunur ki, Həzrət İbrahim (ə) bir dənizin kənarından keçirdi. Sahildə bir leş gördü. Onun yarısı suda, yarısı quruda idi. Quruda qalan hissəni quşlar, suda qalan hissəni dəniz heyvanları didişdirirdi. Həzrət öz-özünə dedi: “Əgər bu iş insanın başına gəlsə və insanın bədən üzvləri heyvanlar arasında bölüşdürülsə, qiyamət günü bu üzvlər bir yerə necə toplana bilər? Ona görə də Allahdan istədi ki, ölüləri necə dirildəcəyini ona göstərsin. Allah da İbrahimin (ə) bu istəyini yerinə yetirib onu yəqin və əminlik nuruna qərq etdi.

Bu ayə bizə öyrədir ki:

1. Ölüləri diriltmək Allahın rübubiyyət şənindəndir.

2. Bir şeyi dərindən öyrənmək üçün hiss üzvlərindən istifadə zəruridir.

3. Həqiqətlərin kəşfi və onlara şahidlik elm, iman və dəlil mərtəbələrini adlamış kəslər üçündür. Hər kəsin yox, İbrahimin “göstər” (“ərini”) istəyinə cavab verilir.

4. İman və yəqinliyimizi dərinləşdirib əminlik həddinə çatmaq fikrində olaq. Araşdırma və maraq özü bir dəyərdir.

5. İmanın mərhələləri və dərəcələri var.

6. Qəlb aramlıq mərkəzidir.

7. İlahi övliyaların “təkvini vilayət” adlanan varlığa təsir gücü var.

8. Məad cismanidir və qiyamətdə ruh bədənin həmin zərrələrinə qayıdacaqdır. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Bəqərə” surəsi, 260-cı ayənin təfsiri.)

QƏLB ARAMLIQ MƏRKƏZİDİR
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-13-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap