header

 İmam Hüseynin (ə) fəziləti

Müştərək şəkildə Əhli-beytin (ə) və ya beş əba əhlinin (ə) fəzilətini göstərən ayələrdən əlavə bir sıra ayələr, xüsusilə həzrət İmam Hüseynin (ə) mənəvi məqamına və fəzilətinə dəlalət edir.

يَا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ ارْجِعِي إِلَىٰ رَبِّكِ رَاضِيَةً مَرْضِيَّةً فَادْخُلِي فِي عِبَادِي وَادْخُلِي جَنَّتِي


"(O gün möminə deyiləcəkdir): "Ey arxayın olan nəfs! Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön! Mənim qullarımın (cərgəsinə) keç! Cənnətimə daxil ol!"" (Fəcr, 27-30).

İzah: Müştərək şəkildə Əhli-beytin (ə) və ya beş əba əhlinin (ə) fəzilətini göstərən ayələrdən əlavə bir sıra ayələr, xüsusilə həzrət İmam Hüseynin (ə) mənəvi məqamına və fəzilətinə dəlalət edir. Buna misal olaraq, “İsra” surəsinin 33, “Məryəm” surəsinin 1, “Həcc” surəsinin 60, “Əhqaf” surəsinin 15-ci və bu qəbildən olan onlarla digər ayəni göstərmək olar. Bu ayələrin arasında “Fəcr” surəsi xüsusi yer tutur və o həzrətə (ə) məxsus surə adlanır. Bu surənin son ayələrində sözügedən “Arxayın nəfs” dedikdə İmam Hüseynin (ə) nəzərdə tutulduğu bildirilmişdir. Qeyd edək ki, “Arxayın nəfs”də məqsəd dünya bağlarından azad olan, Allahı yad edərək Ona təslim olan kəsdir. Allah, belə bir insanın ruhu alınanda onun pişvazına gəlir və ona hörmət dolu müraciətlə xüsusi Cənnətinə daxil olmaq müjdəsini verir. 

Hədis: İmam Sadiq (ə): “(Ruh alınarkən) mömin üçün ruhunun bədənindən ayrılmasından və carçıya qoşulmasından sevimli şey yoxdur (Carçı dedikdə "Ey arxayın olan nəfs! ...” – deyə səslənən Allah nəzərdə tutulur).” (Kafi, c. 3, səh. 127, hədis: 2).

Müştərək şəkildə Əhli-beytin (ə) və ya beş əba əhlinin (ə) fəzilətini göstərən ayələrdən əlavə bir sıra ayələr, xüsusilə həzrət İmam Hüseynin (ə) mənəvi məqamına və fəzilətinə dəlalət edir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-12-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap