İraq, Əfqanıstan və Suriya müharibəsi ABŞ-a 1,5 troln. dollara başa gəlib
Posted on : Digər sahələr 09/11/2018
Əfqanıstan, İraq və Suriyada hərbi əməliyyatlar Amerikalı vergi ödəyicilərinə 1,5 trln. dollardan baha başa gəlib.
Əfqanıstan, İraq və Suriyada hərbi əməliyyatlar Amerikalı vergi ödəyicilərinə 1,5 trln. dollardan baha başa gəlib. Tashaio.com-un verdiyi məlumata görə, bu barədə Tass CNBC telekanalına istinadla xəbər yayıb.
«2001-ci ilin 11 sentyabrından ABŞ Müdafiə Nazirliyi müharibə ilə əlaqədar xərcləri ödəmək üçün 1,501 trln. dollar xərcləyib», - deyə Pntaqonun hesabatında bildirilib.
Məlumata görə, ümumi məbləğin 49 faizi İraq əməliyyatlarına, 39 faizi Əfqanıstandakı müharibəyə xərclənib. Suriya kampaniyasına isə 23,5 milyarjd dollar xərclənib.