header

 Abidin cavabı sultanı xəcalətli etdi

Səlcuq sultanlarından biri abidlərdən birinin evinə gedir. Abid isə ibadət ilə məşğul idi. Ona görə başını qaldırrmır və ona öz ehtiramını göstərmir.

Səlcuq sultanlarından biri abidlərdən birinin evinə gedir. Abid isə ibadət ilə məşğul idi. Ona görə başını qaldırrmır və ona öz ehtiramını göstərmir.

 

Abidin bu halı sultanı qəzəbləndirir və abidə deyir: “Məgər sən bilmirsən ki, mən kiməm? Mən o qüdrətli sultanam ki, filan itaətsizi belə öldürmüşəm. Filankəsi zəncirə vurmuşam. Filan ölkələri zəbt etmişəm!”.

 

Abid gülür və deyir: “Mən səndən qüdrətliyəm. Çünki mən elə kəsi öldürmüşəm ki, sən hələ də onun əsirisən”.

 

Şah istehza ilə gülümsəyib deyir: “O, kimdir ki?”. (Beytutə)

 

Abid deyir: “O, nəfsdir. Mən öz nəfsimi öldürmüşəm, ancaq sən hələ də əmmarə nəfsinin əsirisən. Əgər əsir olmasaydın, məndən istəməzdin ki, sənin qarşında səcdəyə gedəm və Allahın ibadətini ortada kəsəm. O kəsə sitayiş edim ki, mənim kimi insandır.

 

Sultan bu sözləri eşidən zaman üzr istəyir və xəcalətli halda çıxıb gedir.

Səlcuq sultanlarından biri abidlərdən birinin evinə gedir. Abid isə ibadət ilə məşğul idi. Ona görə başını qaldırrmır və ona öz ehtiramını göstərmir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-10-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap