header

 Təkəbbür insanı bu cür kor edə bilir

Əhli-Beytdən (ə) gələn hədislərin birində nəql edilir: “Gecələrin birində Əbu Cəhl, Vəlid ibni Müğeyrə ilə birlikdə Kəbə evini təvaf edirdilər. Təvaf edən halda Həzrət Peyğəmbər (s) haqqında danışırdılar.

Əbu Cəhl deyir: “Allaha and olsun ki, Muhəmmədin (s) doğru danışan olduğunu bilirəm”.

Vəlid ona deyir: “Sakit ol, sən bu sözləri niyə deyirsən?”.

Əbu Cəhl deyir: “Biz onu uşaqlıqdan və cavanlıqdan doğruçu və əmin kimi tanıyırıq. Heç mümkündürmü ki, ağlı inkişaf etdikdən sonra yalançı və xain olsun?”.

Sonra sanki özünə gəlib dedi: “İstəyirsən ki, Qureyşin qızları eşitsinlər və desinlər ki, mən məğlub olmaq qorxusuna görə təslim olmuşam? And olsun Lat bütünə, onun heç bir zaman ardıcılı olmayacağam”.

Elə bu zaman “Casiyə” surəsinin bu ayəsi nazil olur. “Nəfsi istəyini öz məbudu etmiş və Allahın (onun batini küfrü və niyyətinin xəbisliyi barəsində olan) Öz elminə və onun məlumatına əsasən özbaşına buraxdığı, qulağını və qəlbini (bədbəxtlik möhürü ilə) möhürlədiyi və gözünə pərdə çəkdiyi kəsi gördünmü? Belə olan halda onu Allahdan başqa kim hidayət edə (bilə)r? Məgər ibrət götürmürsünüz?”. (“Casiyə” surəsi, ayə 23).

Bəli, təkəbbür insanı bu cür kor və kar edir”. (Həvzəh)

Əhli-Beytdən (ə) gələn hədislərin birində nəql edilir: “Gecələrin birində Əbu Cəhl, Vəlid ibni Müğeyrə ilə birlikdə Kəbə evini təvaf edirdilər. Təvaf edən halda Həzrət Peyğəmbər (s) haqqında danışırdılar.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-08-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap