header

 Bəsrədəki aksiyalarda 7 nəfər güllələnərək öldürülüb, 40-ı isə yaralanıb

İraqın cənubundakı neftlə zəngin Bəsrədə bir müddətdir ki, işsizlik, elektrik sarıdan korluq, içməli sunin çirkliliyi, dövlət xidmətlərindəki çatışmazlıqlar kimi səbəblərə görə kütləvi aksiyalar keçirilir.

İraqın cənubundakı neftlə zəngin Bəsrədə bir müddətdir ki, işsizlik, elektrik sarıdan korluq, içməli  sunin çirkliliyi, dövlət xidmətlərindəki çatışmazlıqlar kimi səbəblərə görə kütləvi aksiyalar keçirilir.

Tashaio.com-in məlumatına görə, iyul ayında başlayan və qısa müddətdə paytaxt Bağdada qədər uzanan aksiyalar bir müddət sakitləşmiş kimi görünsə də, dünən bir nümayişçinin polis tərəfindən güllələnməsi şəhərdəki vəziyyəti yenidən gərginləşdirib. Buna görə də Bəsrə son zamanlardakı ən gərgin gününü dünən yaşayıb. Təhlükəsizlik qüvvələrinin qəzəbli nümayişçilərə müdaxiləsi nəticəsində 7 nəfərin öldüyü, 40-dan artıq insanın yaralandığı bildirilir. Hadisələrdən sonra şəhərdə küçəyə çıxmaq qadağan edilib.

İbadi Bağdadda Bəsrə valisi və vilayət məclisi üzvləri ilə təcili iclas keçirib

Bəsrədə dünən axşam saatlarında baş verən hadisələr və artan gərginlikdən sonra İraq rəsmilərindən ardıcıl açıqlamalar səsləndirilib.

Naziri Heydər İbadi keçirdiyi mətbuat konfransında Bəsrədə nümayişçilərin öldürülməsindən narahat olduğunu bildirib.

İbadi nümayişçilər ilə təhlükəsizlik qüvvələri arasında fitnə yaratmağa cəhd göstərildiyini deyib.

İraq Baş naziri həmçinin dünən axşam hadisələrin gərginləşməsinə görə, Bağdadda Bəsrə valisi və vilayət məclisi üzvləri ilə təcili iclas keçirib. Görüşdə şəhərdəki məsələlərin yenidən müzakirə olunduğu qeyd edilib.

İbadi bundan əvvəl də Bəsrə və digər güney şəhərlərində xidmət məhdudiyyəti səbəbindən keçirilən aksiyaların üzərində elektrik baziri Qasim Fəhdavini vəzifədən çıxarmışdı.

Sədrdən "səbrimizi test etməyin" açıqlaması

İraqda 12 mayda keçirilən seçkilərdə qalib olan "Sairun" koalisiyasının lideri Muqtəda Sədr isə Bəsrədəki ölümlərə görə sosial şəbəkədən bəyanat verib.

Açıqlamasında, "Bəsrənin korrupsiya, məzhəbçilik və silahlılardan təmizlənilməsi lazım olduğunu" bildirən Sədr belə deyib:

"Mazlum Bəsrə şəhərimizin faciəsi bizi incidir. Sinirlərimizi gərginləşdirən şey isə təhlükəsizlik qüvvələri daxilində yerləşən gizli əllərin dinc nümayişçilərə qarşı qeyri-qanuni şəkildə müdaxilə etməsidir. Bəsrə şəhəri və xalqına verdiyiniz zərər artıq kifayətdir. Səbrimizi test etməməyi təklif edirəm".

İraqın cənubundakı neftlə zəngin Bəsrədə bir müddətdir ki, işsizlik, elektrik sarıdan korluq, içməli sunin çirkliliyi, dövlət xidmətlərindəki çatışmazlıqlar kimi səbəblərə görə kütləvi aksiyalar keçirilir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-05-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap