İranda dolların məzənnəsi tarixi rekorda çatdı
Posted on : iran 09/04/2018
İranda 6 avqustda hökumət tərəfindən elan edilən yeni iqtisadiyyat paketindən sonra məzənnəsinin düşəcəyi gözlənilən dollar "qara bazar"da yenidən yüksəlməyə başlayıb.
İranda 6 avqustda hökumət tərəfindən elan edilən yeni iqtisadiyyat paketindən sonra məzənnəsinin düşəcəyi gözlənilən dollar "qara bazar"da yenidən yüksəlməyə başlayıb.
Tashaio.com-in İran mediasına istinadən məlumatına görə, "qara bazar"da dünən 12 min tüməndən alınan 1 ABŞ dolları bu gün 14 min tümən səviyyəsinə qalxaraq tarixi rekord qırıb.
Qeyd edək ki, İranda dolların hədsiz yüksəlməsi qarşısında hökumət bir sıra tədbirlər görmüş və bu istiqamətdə aprelin 10-də qərar verilərək dolların kursu 4 min 200 tümən həddində qərarlaşdırılmışdı. Bundan əlavə, dolların məzənnəsinin süni surətdə qaldırılmasına səbəb olan valyutadəyişmə məntəqələrinin fəaliyyəti qadağan edilmişdi.
Avqustun 6-da qəbul edilmiş yeni iqtisadiyyat paketində valyutadəyişmə məntəqələrinin yenidən işə başlaması və dolların kursunun dövlət tərəfindən deyil, azad bazar tərəfindən müəyyənləşməsi qərarları yer almışdı.