header

 BMT: Səudiyyə Ərəbistanı Yəməndə hərbi cinayət törədir

Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzarəti ilə yaradılan beynəlxalq Yəmən heyəti müharibənin hökm sürdüyü ölkədə fərari prezident Mənsur Hadinin və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın müharibə cinayəti törətdiyinə dair əsaslar olduğunu açıqlayıb.

Tashaio.com bildirir ki, FaktXəbər-in məlumatına görə, BMT-nin İnsan Haqları üzrə Ali komissarı Zeyd Raad əl-Hüseynin ötən ilin dekabr ayında Yəməndəki insan haqları pozuntularının izlənməsi üçün yaratdığı 3 nəfərlik heyətin hesabatında bu barədə yazılıb.
 
Tanınmış beynəlxalq və regional ekspertlərdən ibarət nümayəndə heyətinin hesabatında bildirilir ki, Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı koalisiya qüvvələrinin hava hücumları bilavasitə mülki itkilərin olmasına yönəlib. "Hava hücumlarında yaşayış sahələri, bazarlar, cənazə mərasimləri, toylar, xidmət mərkəzləri, vətəndaşlara məxsus gəmilər, qayıqlar və hətta səhiyyə təşkilatları vurulur", - deyə bildirilir.
 
Hesabatda bildirilir ki, Yəmənin hazırda Səudiyyədə gizlənən fərari hökuməti ilə ilə koalisiyaya daxil olan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) tabe orduların nümayəndələri Haaqa Tribunalında mühakimə olunmalıdır: "Bu insanların "ayrı-seçkilik", "mütənasiblik" və "qabaqlayıcı tədbir" prinsiplərini pozaraq Yəməndə müharibə cinayəti törətdiklərinə dair əsaslı sübutlar var."
 
BMT təşkilatlarının məlumatlarına görə, 2015-ci ilin martından 23 avqust 2018-ci ilə qədər ölkədəki müharibədə 6 min 660 dinc sakin öldürülüb, 10 min 563 nəfər yaralanıb, real rəqəmlərin isə bundan daha yüksək ola biləcəyinə işarə edilir.
 
Xatırladaq ki, Səudiyyə rejiminin birbaşa diqtəsi ilə hökumət idarə edən Yəmən prezidenti Mənsur Hadi buna etiraz edən xalqa qarşı zor tətbiq etdikdən sonra ölkə boyu kütləvi aksiyalar həyata keçirilmişdi. Xalq Mənsur Hadidən islahatlar həyata keçirməyi və Səudiyyənin tapşırıqlarının yerinə yetirməməyi tələb edirdi. Uzun müddətli aksiyalar zamanı prezidentin əmri ilə xalqa qarşı sıxılan güllə vəziyyəti bir qədər də gərginləşdirdi və Mənsur Hadi ölkədən qaçaraq Səud rejiminə sığındı. Buradan isə öz xalqına qarşı müharibə elan etdi. Bəzi ərəb ölkələrini bu müharibəyə səslədi və yaradılan koalisiya bu gün də Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.
 
Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzarəti ilə yaradılan beynəlxalq Yəmən heyəti müharibənin hökm sürdüyü ölkədə fərari prezident Mənsur Hadinin və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın müharibə cinayəti törətdiyinə dair əsaslar olduğunu açıqlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-28-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap