Ərdoğan gələn ay İrana gedəcək - SƏBƏB
Posted on : iran 08/27/2018
Türkiyə prezidenti gələn ay İrana səfər edəcək.
Tashaio.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Türkiyə-İran 3-tərəfli sammitində iştirak etmək üçün 7 sentyabr tarixində İrana gedəcək. Bu haqda türkiyəli prezidentin mətbuat-xidmətindən məlumat veriblər.
“Bizim prezidentimiz Suriyaya dair Rusiya-Türkiyə-İran 3-tərəfli sammitində iştirak etmək üçün sentyabrın 7-si İrana səfər edəcək.”, - deyə bildirilir.
Qeyd edilir ki, İran tərəfi hal-hazırda sözügedən tədbirin hansı şəhərdə keçiriləcəyini müəyyən etməyib.
“Bu ya Tehran, ya da Təbriz olacaq.”, - deyə əlavə edilib.
Xatırladaq ki, daha öncə Kreml də Suriyadakı vəziyyətlə bağlı Türkiyə, Rusiya və İran liderlərinin sentyabr ayı üçün görüşünü hazırladığı haqda elan etmişdi.