header

 Quran möminlərə şəfadır

Quran ürəkləri günaha aludəlikdən və şirkə bulaşmaqdan təmizləyən şəfaverici bir dərmandır

وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ وَلَا يَزِيدُ الظَّالِمِينَ إِلَّا خَسَارًا


"Biz Quranda möminlər üçün şəfa və mərhəmət (olan ayələr) nazil edirik. (Bu ayələr) zalımların ancaq ziyanını artırır." (İsra, 82).

İzah: Quran insanı daxildən silkəyən bir öyüddür. Ürəkləri günaha aludəlikdən və şirkə bulaşmaqdan təmizləyən şəfaverici bir dərmandır. Cəhalət və xurafat zülmətlərini yaran parlaq bir çıraqdır. Möminlər üçün rəhmət səbəbi, kafir və könlü kor olanlar üçün daha çox uzaqlaşma vasitəsidir. Bəli, kim Quran ayələrinə əməl edib, onun məfhumlarına can-dildən inansa, Allahın mərhəməti ona nazil olacaq, ruhi və fiziki ağrıları dincələcəkdir. Digər tərəfdən, kim bu geniş nemət süfrəsindən faydalanmasa, onun hökmlərinə və maarifinə laqeyd yanaşsa, onun azğınlığı artacaqdır. Çünki artıq ona dəlillər tamamlanmış (bəhanəsi kəsilmiş), nemət əzaba çevrilmişdir. 

Hədis: İmam Baqir (ə): “Quran qariləri (qiraətçiləri) üç dəstəyə ayrılır: Birinci dəstə Quranı peşə olaraq faydalanmaq, padşahlardan muzd almaq və xalq arasında fəxr etmək üçün oxuyanlardır; İkinci dəstə Quranı oxuyan, sözlərini əzbərləyən, amma ona əməl etməyənlərdir; Üçüncü dəstə (şəfa tapsınlar deyə) Quranın şəfaverici məcununu xəstə qəlblərinə sürtənlərdir.” (Kafi, c. 2, səh. 627, hədis: 1).

Quran ürəkləri günaha aludəlikdən və şirkə bulaşmaqdan təmizləyən şəfaverici bir dərmandır
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-23-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap