header

 Quran hidayət kitabıdır

Bu böyük ilahi kəlamı Allahın müqəddəs zatından qeyri kimsə vəsf edə bilməz

هَٰذَا بَيَانٌ لِلنَّاسِ وَهُدًى وَمَوْعِظَةٌ لِلْمُتَّقِينَ


"Bu, insanlar üçün bir açıqlama, pəhrizkarlar üçün doğru yolu göstərən rəhbər və öyüd-nəsihətdir." (Ali-İmran, 138).

İzah: Quran insanları hidayət edən, ağrılı sinələrə şəfa verən və qaranlıqları yaran bir nurdur. Nə çox müdrik insanlar var ki, bu geniş ilahi ziyafət süfrəsinin başında əyləşmiş və onun sonsuz bilik və maarif xəzinəsindən qidalanırlar. Quranın axar suyu yalnız nazil olduğu dövrün insanlarını yox, həm də əbədiyyətə qədər bilik və nur təşnələrini doyuracaqdır. Məhz İslam peyğəmbərinin (s) bu əbədi möcüzəsinin mübarizəyə çağırış sədası hələ də müxaliflərin və inadkarların səsini boğazında qısmış və İslam dininin haqq olmasını sübuta yetirmişdir. Bu böyük ilahi kəlamı Allahın müqəddəs zatından qeyri kimsə vəsf edə bilməz. Odur ki, Quranın bir çox ayələri öz əzəmətini və vəsflərini bəyan etmişdir. Yuxarıdakı ayədə Quranın üç adına işarə olunmuşdur: 1. Bəyan: insanın bütün ehtiyaclarını açıqlayan və izah edən; 2. Hudən: pəhrizkarları hidayət edən, onlara doğru yolu göstərən; 3. Moizə: yaxşılıqları və xeyir əməllərı nəsihət edən, öyüd verən.

Hədis: 
İslam peyğəmbəri (s): “Zamanın fitnələri sizi qaranlıq gecə parçaları kimi əhatə edəndə Quranın hidayət nuruna sığının.” (Kafi, c. 2, səh. 599, hədis: 2).

Bu böyük ilahi kəlamı Allahın müqəddəs zatından qeyri kimsə vəsf edə bilməz
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-23-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap