header

 İmam Baqirin (ə) şəhadət günüdür

İmam Baqir (ə) həm ata, həm də ana tərəfdən Həzrət Əli (ə) və xanım Zəhranın (s. ə) nəslinə yetişən ilk şəxs olmuşdur

Tashaio.com xatırladır ki, 5-ci imam, Həzrəti Məhəmməd Baqirin şəhadət günləridir.

İmam Məhəmməd Baqir (ə) hicrətin 57-ci ilində rəcəb ayının 1-də Mədinədə dünyaya göz açıb. Babasına çox bənzədiyi üçün o həzrətin adını Məhəmməd qoyublar. Elmin sirlərini aşkar etdiyinə görə isə ona Baqir ləqəbini veriblər.

İmam Məhəmməd Baqirin (ə) imamlıq dövrü atası imam Səccadın (ə) şəhadətə yetişməsindən sonra təqribən 20 il davam edib.

İmam 114-cü Hicri-qəməri ili Zilhiccə ayının 7-də xəlifə Hişamın əmri ilə zəhərlənərək şəhid olub. İmamın məzarı Bəqi qəbristanlığında, digər 3 imamın yanında torpağa tapşırılıb.

İmam Baqir (ə) həm ata, həm də ana tərəfdən Həzrət Əli (ə) və xanım Zəhranın (s. ə) nəslinə yetişən ilk şəxs olmuşdur
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-19-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap