header

 Kreml: “Türkiyə, Rusiya və İran liderləri sentyabrın əvvəlində Tehranda görüşəcəklər”

Kremlin sözçüsü Dimitriy Peskov Türkiyə, Rusiya və İran prezidentləri arasında Suriya böhranının həllinə dair üçtərəfli sammitin sentyabr ayının əvvəlində keçirilməsinə dair işlərin aparıldığını bildirib.

Tashaio.com Anadolu-ya istinadən xəbər verir ki, D.Peskov Moskvada jurnalistlərə verdiyi açıqlamasında, Türkiyə, Rusiya və İran prezidentlərinin Suriya böhranının həllinə dair İranın paytaxtı Tehranda keçirilməsi planlaşdırılan sammiti qiymətləndirib: “Türkiyə, Rusiya və İranın liderləri arasında Suriya böhranının həllinə dair üçtərəfli sammitin sentyabrın əvvəlində keçirilməsi ilə bağlı işlər aparılır. Sammitə dair cədvəl üzərində diplomatik kanallar vasitəsilə razılıq əldə olunanda ictimaiyyəti məlumatlandıracağıq”.

Türkiyə Prezident Adminstrasiyasının sözçüsü İbrahim Kalın da, avqustun 15-i verdiyi açıqlamasında, Suriya ilə bağlı davam edən Astana Prosesinin ikinci görüşünün Ankarada keçirildiyini xatırladaraq, belə demişdi: “Üçüncü sammitin sentyabr ayının ilk həftəsində Tehranda keçirilməsi planlaşdırılır. Dəqiq tarixlər müəyyənləşdiyi vaxt onu da bölüşəcəyik. Xüsusilə Suriyadakı müharibənin diplomatik yollarla sona çatdırılması üçün Astana prosesinə əhəmiyyət veririk”.

Kremlin sözçüsü Dimitriy Peskov Türkiyə, Rusiya və İran prezidentləri arasında Suriya böhranının həllinə dair üçtərəfli sammitin sentyabr ayının əvvəlində keçirilməsinə dair işlərin aparıldığını bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-16-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap