header

 Yəməndə törədilən vəhşiliklərin gizlədilən rəqəmləri – Dəhşətli statistika

Bəhreyn İnsan Haqları Mərkəzi Səudiyyə Ərəbistanı qoşunlarının Yəmənin liman şəhəri Hudeydədə törətdiyi vəhşiliklərlə bağlı rəqəmləri açıqlayıb.

Bəhreyn İnsan Haqları Mərkəzi Səudiyyə Ərəbistanı qoşunlarının Yəmənin liman şəhəri Hudeydədə törətdiyi vəhşiliklərlə bağlı rəqəmləri açıqlayıb.
 
Tashaio.com “Tasnim”ə istinadən xəbər verir ki, 26 mart 2015-ci ildən bu günə qədərə həmin şəhərə edilən hücumlar nəticəsində öldürülən yəmənlilərin sayı 7217-yə çatıb.
 
Lakin, Yəmən rəsmiləri bu rəqəmləri azaldaraq həqiqi rəqəmləri gizli saxlayıblar.
 
Məlumata görə, ölənlər arasında 305, yaralılar arasında isə 219 qadın var. Həmçinin, 693 uşaq öldürülüb, 486-sı isə yaralanıb. Şəhid olan kişilərin sayı 2483, yaralı kişilərin sayı isə 3031 nəfərdir.
 
Bundan başqa, Hudeydədə 4952 ev dağıdılıb, düşərgələr, kənd təsərrüfatı sahələri, texnikalar, su şəbəkələri və fermalar da məhv edilib.
 
996 ədəd ticarət mərkəzi, 72 fabrik, 85 bazar, 70 yanacaqdoldurma məntəqəsi, 393 balıqçı gəmisi, 614 küçə və körpü, 55 elektrik stansiyası və 17 keçid də istifadəyə yararsız vəziyyətə düşüb.
 
64 xəstəxana və tibb məntəqəsi, 124 məktəb, 12 universitet, 7 beynəlxalq qurumun binası da hücumlar nəticəsində zərər görüb.
 
Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri beynəlxalq hava limanını da yararsız vəziyyətə salıblar.
Bəhreyn İnsan Haqları Mərkəzi Səudiyyə Ərəbistanı qoşunlarının Yəmənin liman şəhəri Hudeydədə törətdiyi vəhşiliklərlə bağlı rəqəmləri açıqlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-09-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap