Almaniya: ABŞ-ın anti-İran sanksiyaları Yaxın Şərqi xaosa sürükləyə bilər
Posted on : iran 08/09/2018
“İranın təcridi radikal və fundamentalist qüvvələrə stimul verə bilər"
Tashaio.com-un “Passauer Neue Presse” qəzetinə istinadən verdiyi xəbərə əsasən, Almaniyanın xarici işlər naziri Hayko Maas bəyan edib ki, ABŞ sanksiyaları radikal qüvvələrin yüksəlişinə səbəb olaraq İranı xaosa sürükləyə bilər.
“İranın təcridi radikal və fundamentalist qüvvələrə stimul verə bilər. Bizim artıq İraq və Liviyada yaşadığımız xaos İranda da olarsa, bunsuz da narahat olan regionun sabitliyi daha da çox pozula bilər.”, - deyə Maas bildirib.
“Rejim dəyişikliyinə” ümid edən hər kəs unutmamalıdır ki, bunun ardınca daha böyük problemlər gəlir.”, - deyə bildirən alman nazir qeyd edib ki, bu cür problemlər onların özü də toxuna bilər.
Xatırladaq ki, ABŞ İranın nüvə proqramına dair sazişdən çıxaraq, İran əleyhinə sanksiyaların bərpasına başlayıb.