header

 Ərdəbil valisi İranın Azərbaycandakı səfiri ilə görüşüb

Ərdəbil valisi deyib: “Azərbaycan Respublikasının Ərdəbil əyaləti ilə ticarət əlaqələrinin güclənməsi üçün zəminələr yaradılır. Bu barədə lazımı tədbirlər görülüb.”

Ərdəbil valisi deyib: “Azərbaycan Respublikasının Ərdəbil əyaləti ilə ticarət əlaqələrinin güclənməsi üçün zəminələr yaradılır. Bu barədə lazımı tədbirlər görülüb.”

Tashaio.com – Əkbər Behnamcu Ərdəbildə İranın Bakıdakı səfiri ilə görüşündə deyib: “Azərbaycan Respublikasının Ərdəbil əyaləti ilə ticarət əlaqələrinin güclənməsi üçün zəminələr yaradılır. Hərtərəfli əməkdaşlıq və əlaqələrin artırılması istiqamətində lazımi tədbirlər həyata keçirilib.”

Ərdəbil valisi hazırkı dövrdə qonşu ölkələrlə münasibətlərin genişləndirilməsini zəruri sayaraq deyib: “Bütün səyimiz budur ki, qonşu ölkələrlə ticarət əlaqələrimizi genişləndirmək üçün uyğun addımlar ataq, bu istiqamətdə mövcud problem və maneələri azaldaq.”

Vali Ərdəbil əyalətinin bir çox sahələrdə potensiallarına toxunaraq bildirib ki, iqtisadiyyat, turizm, ticarət və ixracat sahələrinin inkişafı və genişlənməsi üçün bütün imkanlardan istifadə edəcəyik ki, tezliklə problem və maneələri aradan qaldırmaqla öz məqsədimizə çataq.

Ə. Behnamcu iqtisadi problemlərin həlli üçün əsas həll yollarından birini özəl sektorlarda investorların dəstəklənməsi adlandıraraq vurğulayıb: “Əgər bu imkanlardan düzgün istifadə etsək, 20 min iş yeri yarada bilərik. Ona görə də uyğun proqramların hazırlanmasına və qonşu ölkələrlə qarşılıqlı münasibətlərin artırılmasına ehtiyac vardır.”

Ərdəbil valisi əlavə edib: “Əyalətdə investisiya qoyuluşunun artırılması, inkişafa səbəb olacaq. Bunun üçün uyğun məlumatlandırma həyata keçməlidir ki, azəri səlahiyyətli investorların iştirakı ilə və mövcud maneələri ən aza çatdırmaqla əsaslı addımlar atmalıyıq.”

İran İslam Respublikasının Bakıdakı səfiri də görüşdə Biləsuvar gömrük-keçid məntəqəsinin 24 saat işləməsi istiqamətində Ərdəbil əyalətində həyata keçən zəhmət və təlaşlara görə minnətdarlığını bildirərək deyib: “Sözsüz, bu kimi addımlar bizi öz məqsədimizin həyata keçməsi səmtinə yönəldə bilər. Ümidvaram, əməkdaşlıq və anlaşmalar belə davam etsin.”

Cahangiri daha sonra deyib: “Əməkdaşlıq və əlaqələrin davam etdiyi surətdə ixracatın genişlənməsi istiqamətində daha uğurlu əməl edə bilərik və öz hədəflərimizi həyata keçirə bilərik.”

Ərdəbil valisi deyib: “Azərbaycan Respublikasının Ərdəbil əyaləti ilə ticarət əlaqələrinin güclənməsi üçün zəminələr yaradılır. Bu barədə lazımı tədbirlər görülüb.”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-06-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap