header

 Hər an gələ biləcək ölüm

Ölüm hər tərəfdən onlara doğru gəlir

مِنْ وَرَائِهِ جَهَنَّمُ وَيُسْقَىٰ مِنْ مَاءٍ صَدِيدٍ يَتَجَرَّعُهُ وَلَا يَكَادُ يُسِيغُهُ وَيَأْتِيهِ الْمَوْتُ مِنْ كُلِّ مَكَانٍ وَمَا هُوَ بِمَيِّتٍ وَمِنْ وَرَائِهِ عَذَابٌ غَلِيظٌ


"Qabaqda onu Cəhənnəm gözləyir; (orada) ona irinli su içirdiləcək. O bunu qurtum-qurtum içəcək, amma onu uda bilməyəcəkdir. Ona hər yandan ölüm gələcək, lakin o, ölməyəcəkdir. Bunun ardınca da ağır bir əzab gələcəkdir." (İbrahim, 16-17).

İzah: Cəhənnəm əhlinin əzabını təsvir etmək əbədi Axirət dünyası üçün azuqə hazırlanmasını yada salmağa səbəb olur. Cəhənnəm əhlinin əzabı bu ayədə belə vəsf olunur ki, onlar Allahdan su istəyirlər. Amma onlara irinli su verilir. Onu çətinliklə içəndə acı və odlu olduğu üçün uda bilmirlər. Həmçinin, ölüm hər tərəfdən onlara doğru gəlir. Lakin onlar ölmürlər ki, əzabları kəsilməsin. Beləcə, daim əzabda qalırlar. 

Hədis: İmam Əli (ə): “O oda necə dözüm ki, onun bir qığılcımı Yerə düşsə, bütün bitkilər yanar. Kimsə bir dağa sığınsa, istiliyi onu oradaca bişirər.” (Əmali, Səduq, səh. 620, hədis: 7).

Ölüm hər tərəfdən onlara doğru gəlir
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-06-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap