Şəhidin məqamı
Posted on : Əqidələr 08/06/2018
Qurana görə şəhidlər sağdır
"Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, (onlar) diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir. Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətlərə sevinir, arxalarınca gəlib hələ onlara çatmamış kəslərin heç bir qorxu ilə qarşılaşmayacaqlarına və onların kədərlənməyəcəklərinə fərəhlənirlər. Onlar Allahın nemətinə, lütfkarlığına, həm də Allahın möminlərin mükafatını heçə çıxarmayacağına sevinirlər." (Ali-İmran, 171).
İzah: Cihad mövzusuna uyğun olaraq Quran ayələrində şəhidin məqamı haqqında söhbət açırıq. Qurana görə şəhidlər sağdır. Allah yanında xüsusi ruzidən faydalanırlar. Allahın bəxş etdiyi nemətlərə sevinir və silahdaşlarının şəhadət maqamına ucalmasını arzu edirlər. Şəhidlərin sağ olmasında məqsəd onların aləmə nisbətdə qüdrəti və məlumatı olmasıdır. Yəni onlar – digər ölülərdən fərqli olaraq, – bu dünya ilə əlaqədədirlər və ona təsir edirlər.
Hədis: İslam peyğəmbəri (s): “Hər bir yaxşılıqdan yuxarı (başqa) bir yaxşılıq vardır. O zamana qədər ki, insan Allah yolunda öldürülsün. Allah yolunda öldürüldükdə ondan üstün heç bir yaxşılıq (dəyər) yoxdur." (Kafi, c. 2, səh. 348, hədis: 4).