Əl-Qaidə snayperlərinə hansı dövlətlərin zabitləri təlim keçir?
Posted on : Digər sahələr 08/02/2018
Qətər hərbçiləri tərəfindən Əl-Qaidə snayper terrorçularına təlimlərin keçirilməsi bildirilir.
Qətər hərbçiləri tərəfindən Əl-Qaidə snayper terrorçularına təlimlərin keçirilməsi bildirilir.
"Tashaio.com"un "lenta.ru" agentliyinə istinadən verdiyi xəbərə görə, bu haqda Liviya Milli Ordusunun nümayəndəsi bildirib. Əhməd Əl Mismari jurnalistlərə və ekspertlərə video-çarx nümayiş etdirib. Çarxda təlim keçən Qətər zabitləri və Sirt şəhərində İŞİD terrorçu qüvvələrin təsisatçısı göstərilib. Liviya generalı, Aralıq dənizində Ras-Lanuf və Əs-Sidr limanlarına olunan silahlı basqının arxasında Dohanın durmasını bildirib.
Liviyada Qəddafinin devrilməsindn sonra, 2011-ci ildə vətəndaş müharibəsi başladı. Ölkənin bir hissəsini radikal qruplaşmalar zəbt etdi. Hal-hazırda ölkədə iki hakimiyyət mövcuddur: ölkənin şərq hissəsi olan Tabruk şəhərində xalq tərəfindən seçilmiş parlament və qərb hissəsində Tripolidə - BMT və Qərb olkələri tərəfindən dəstəklənən Milli razılaşma hökuməti fəaliyyət göstərir.