header

 Səud rejimindən Bəqi ziyarətgahı ilə bağlı növbəti qadağa - FOTO

Səudiyyə Ərəbistanı rəhbərliyi Mədinə şəhərində yerləşən Bəqi qəbristanlığı ilə bağlı növbəti qadağa tətbiq edib. FaktXəbər bildirir ki, bu barədə "mashreghnews" saytı məlumat yayıb.

Səudiyyə Ərəbistanı rəhbərliyi Mədinə şəhərində yerləşən Bəqi qəbristanlığı ilə bağlı növbəti qadağa tətbiq edib. Tashaio.com bildirir ki, bu barədə "mashreghnews" saytı məlumat yayıb.

Bildirilir ki, müsəlmanların ziyarət etməsi üçün qadağan olunan məşhur qəbristanlığa indi də hündür çəpərlər çəkilib. Buna qədər Həcc ziyarətinə gedən zəvvarlar qəbristanlığa daxil ola bilməsələr də, kənardan müqəddəs şəxslərin məzarlarına baxmaqla kifayətlənirdilər. Hazırda Səudiyyə rejimi müsəlmanların müqəddəs məzarlığa baxmasına belə məhdudiyyət yaradıb.

Bəqi - Mədinə şəhərinin şərq hissəsində, Həzrət Mühəmməd Peyğəmbərin (s) məzarı yerləşən məscidin yaxınlığındakı qəbristanlığın adıdır. Ərəb dilindən tərcüməsi “bol ağac bitən və ya ağac kökləri ilə dolu olan ərazi” deməkdir.

Bəqi ərazisində torpağa Peyğəmbərin Mariyeyi-Qibtiyyədən olan oğlu İbrahim, Peyğəmbərin nəvəsi İmam Həsən (ə), dördüncü, beşinci və altıncı imamlar Həzrət Zeynül-abidin (ə), Mühəmməd Baqir (ə) və Cəfər Sadiq (ə), Peyğəmbərin qızları Rüqəyyə, Ümmi-Külsum və Zeynəb, Peyğəmbərin bibiləri Səfiyyə və Atikə, Peyğəmbərin əmisi Abbas, İmam Əlinin (ə) qardaşı Əqil, anası Fatimə bint Əsəd, oğlu Mühəmməd ibn Hənəfiyyə, qardaşı oğlu Abdullah ibn Cəfər, Peyğəmbərin həyat yoldaşları Aişə, Ümmi-Sələmə, Sövdə, Həfsə, Səfiyyə, Zeynəb bint Xüzeymə, Zeynəb bint Cəhş, Cüveyriyyə, Ümmi-Həbibə, Mariyeyi-qibtiyyə və Meymunə, Peyğəmbərin süd anası Həlimeyi-Sədiyyə, məşhur səhabələrdən Abdullah ibn Məsud, Əbu Səid Xüdri, Səd ibn Məaz, Osman ibn Məzun, Ühüd savaşında yaralanıb Mədinədə vəfat edən səhabələr, üçüncü xəlifə Osman ibn Affan, İmam Cəfər Sadiqin (ə) oğlu İsmail, maliki məzhəbinin banisi Malik ibn Ənəs və b. toprağa basdırılıb.

Səudiyyə Ərəbistanı rəhbərliyi Mədinə şəhərində yerləşən Bəqi qəbristanlığı ilə bağlı növbəti qadağa tətbiq edib. FaktXəbər bildirir ki, bu barədə "mashreghnews" saytı məlumat yayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-02-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap