İmam Rzanın (ə) mütəhhər hərəmində ayət namazı qılındı
Posted on : iran 07/28/2018
İyulun 27-dən 28-nə keçən gecə Ay tutulması hadisəsinin baş verməsi anında İranın Məşhəd şəhərində İmam Rzanın (ə) mütəhhər hərəmində camaatla ayət namazı əda olunub.
İyulun 27-dən 28-nə keçən gecə Ay tutulması hadisəsinin baş verməsi anında İranın Məşhəd şəhərində İmam Rzanın (ə) mütəhhər hərəmində camaatla ayət namazı əda olunub.
Deyerler.org Astan News-a istinadən xəbər verir ki, minlərlə insan ayət namazını qılmaq üçün İmam Rzanın (ə) hərəminə axışıblar.
Qeyd edək ki, müqəddəs şəriətimizin göstərişlərinə əsasən, bir sıra təbiət hadisələri zamanı, o cümlədən, Ay tutulması, Günəş tutulması, zəlzələ və bir sıra digər hallarda ayət namazı qılınmalıdır.
Ötən gün baş verən Ay tutulması hadisəsi son 200 ilin ən uzun qırmızı Ay tutulması hadisəsi olub və 103 dəqiqə davam edib.