header

 Ayətullah Amili təhsil nazirinin məktəblərdə ana dilinin tədris olunmaması barədə səsləndirdiyi fikri tənqid edib

Ərdəbilin imam cüməsi deyib: “Təəssüflər olsun ki, təlim-tərbiyə naziri bu həftə ana dilləri barədə səhvə yol verdi. Biz dövlət adamlarını onların ixtisasları çərçivəsində olmayan məsələlərə daxil olmamağa dəvət edirik.”

Ərdəbilin imam cüməsi deyib: “Təəssüflər olsun ki, təlim-tərbiyə naziri bu həftə ana dilləri barədə səhvə yol verdi. Biz dövlət adamlarını onların ixtisasları çərçivəsində olmayan məsələlərə daxil olmamağa dəvət edirik.”

Tashaio.com – Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi və Ərdəbil şəhərinin imam cüməsi bu həftənin cümə namazı xütbələrində deyib: “Ərdəbil əyalətinin əhalisi mehribanlıq, səmimiyyət və qayğıkeşliyi ilə seçilir. Bizim əyalətimiz xüsusi olaraq mehribanlıq əyalətidir.”

Həzrət Ayətullah Amili vurğulayıb: “Ötən günlərdə Ərdəbil əyalətinin əhalisi könüllü olaraq duyğulu bir hərəkət etdi və bu hərəkət çox dəyərlidir. Onlar Abadan və Xürrəmşəhrdə su çatışmamazlığını eşidən kimi heç kimin dəvətini gözləmədən, könüllü olaraq İranın bu iki şəhərinin su ilə təmin olunması üçün maddi kömək toplayıb, göndərdilər.”

İmam cümə xütbəsinin digər hissəsində vurğulayıb: “Təəssüflər olsun ki, təlim-tərbiyə naziri bu həftə ana dilləri barədə səhvə düçür oldu və düşmənin əlinə böyük bəhanə verdi. Biz onun sözünə etiraz etməklə yanaşı, dövlət adamlarını hesablanmış fikir bildirməyə, onların ixtisasları əhatəsində olmayan məsələlərə daxil olmamağa dəvət edirik.”

Ərdəbil əyaləti əhalisinin Rəhbərlik Ekspertlər Məclisində nümayəndəsi daha sonra deyib: “Ölkəmiz mədəni, psixoloji və iqtisadi sahələrdə qeyri-bərabər və rəhimsiz hücumlara məruz qalmışdır və heç bir ölkə bizim ölkəmiz qədər hədəfdə deyil, heç bir ölkəni dağıtmaq üçün bizim ölkəyə səfr olunan qədər büdcə sərf edilmir, mədəni, psixoloi və iqtisadi sahələrin mütəxəssisləri bizim ölkəyə zərbə vurmaq üçün toplandıqları kimi heç bir ölkə üçün bir araya gəlmirlər. 61 beynəlxalq müəssisə İran xalqının təkcə mədəniyyətinə təsir qoymaq üçün təlaş edir. Bu müəssisələrin bəzilərinin büdcələri İranın bütün büdcəsindən iki dəfə çoxdur. Onlar ailənin əsaslarının dağıdılması və gənclərin kimliyinin məhv edilməsi kimi mövzular üzərində investisiya qoyurlar və planlar cızırlar. Ona görə də dünyanın casusluq orqanlarında İran stolunun müştərisi çoxdur.”

Ayətullah Amili bildirib: “Ali Məqamlı Rəhbərin təbiri ilə desək, bizim dövrümüz Əhzab müharibəsi dövrünə bənzəyir. O vaxt bütün qruplar Allahın rəsulunun (s) və müsəlmanların əleyhinə toplanmışdı və müttəfiq olmuşdular. Hal-hazırda da Amerika, Avropa, onların əlaltıları olan ərəb hakimləri və sionistlər İranın əleyhinə birləşiblər, psixoloji müharibə yaratmaq üçün böyük və ağlasığmaz səviyyədə pullar xərcləyirlər.”

Ərdəbilin imam cüməsi deyib: “Təəssüflər olsun ki, təlim-tərbiyə naziri bu həftə ana dilləri barədə səhvə yol verdi. Biz dövlət adamlarını onların ixtisasları çərçivəsində olmayan məsələlərə daxil olmamağa dəvət edirik.”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-25-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap