header

 Müslim ibn Əqilin Küfədən İmam Hüseynə (ə) göndərdiyi məktub

Məktub İmama (ə) yetişdikdə artıq Müslim 27 gündü şəhid edilmişdi.

Tashaio.com – Bu gün Müslim ibn Əqilin Kufə şəhərində İmam Hüseynə (ə) məktub göndərdiyi bir gündür. Müslim ibn Əqil İmam Hüseynin (ə) əmisi oğlu, etibarlı silahdaşı idi. O, Əbu Talibin nəvəsi, Bəni-Haşimin igid və agah gənclərindən idi. İmam (ə) kufəlilərə yazdığı məktubunda Müslimi qardaş və etibarlı şəxs kimi tanıtmışdı.

 

 

Yezidin hakimiyyətə  gəlişi İslam aləmində ümumi vəziyyəti tam dəyişdi. Yezid atasından tam fərqli olaraq aşkar şəkildə fitnə-fəsada başladı. Hətta iş o yerə çatdıkı beyət etməyənləri aşkar şəkildə cəzalandırırdı. Şəhər əhalisi artıq narazılıqlara başlayırdı. Kufəlilər də öz növbəsində yüzlərlə məktub yazaraq İamamdan (ə) beyət və kömək istədilər.  Hətta əhali İmamdan (ə) təkidlə Yezidin devrilməyini belə istəyirdi. Mənbələrdə 22min imzalı məktubun İmama (ə) yetişdiyi qeyd olunur. İmam (ə)  hələ Məkkədə ikən Müslimi səfir olarq Kufəyə göndərdi.

 

Müslim 30 günlük yolu iki silahdaşı ilə 20 günə qət edərək Kufəyə yetişir və ilk olaraq Muxtar Səqəfinin evinə gəlir. Müslümlə görüşən və İmama (ə) beyət edənlərin sayı hesabı yox idi.

 

 

Müslü 40 gün Kufədə qalıb vəziyyət tam öyrəndikdən və 18min kufəlidən beyət aldıqdan sonra İmama məktub aşağıdakı məzmunda məktub yazır:

 

 

“Salamun aleykum. Göndərilən məktublar öz əhlini inkar etmir (yalan deyil). 18 minə yaxın Kufəli mənimlə beyət edib. Məktubum sizə yetişən kimi təcili hərəkətə keçin. Əssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu.”

(Musirul-əhzan. 32)

 

Sonra Ubeydullah ibn Ziyadın Kufəyə gəlişi vəziyyəti tam dəyişdi və kufəlilər onun qorxusundan Müslim ibn Əqili tək qoydular. Muslim Kufədə ələ keçərək şəhid edildi.

 

Muslimin məktubu İmama (ə) onun şəhadətində 27 gün sonra yetişir. Artıq İmam Məkkədən yola çıxmışdı.

Məktub İmama (ə) yetişdikdə artıq Müslim 27 gündü şəhid edilmişdi.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-24-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap