header

 Yəhudi şərqşünas Səudiyyə ilə İsrail rejimi arasında münasibətləri ifşa etdi

İsrail rejiminin işğal etdiyi Fələstin torpaqlarında yaşayan yəhudi şərqşünas Eddi Koen “İsrael Hayom” qəzetində yazdığı məqaləsində Səudiyyə rejimi ilə İsrail rejimi arasında olan münasibətləri ifşa edib.

Tashaio.com YDH-yə istinadən xəbər verir ki, E.Koenin dediyinə görə, Səudiyyə rejimi-İsrail rejimi əlaqələri rəsmi səviyyədə qurulmasa da, 2002-ci ildə səudiyyəlilərə aid Ərəb Sülh Planının elan edilməsindən etibarən əlaqə şəbəkəsi qurulmuşdur. Bu münasibətlərin ən əsasda İranın nüvə layihələrinə qarşı inkişaf etdirildiyini deyən E.Koen, 2015-ci ildən sonra təmaslar artdığını və bu danışıqların bir hissəsi rəsmi şəkildə baş verdiyni bildirib.

Bölgədə Qətər blokadasından sonra iki bloklaşmanın yarandığını deyən Koen, İran, Qətər, Türkiyə və Sudanın bir tərəfdə, Səudiyyə rejimi, BƏƏ, Bəhreyn və Misirin isə digər tərəfdə olduğunu qeyd edib. E.Koen ikinci blokun Amerika və İsrail rejimindən dəstək aldığını bildirib: “İran və Türkiyə, Qətər blokadasından sonra yaxınlaşdı və bu yaxınlaşmaya Səudiyyə rejiminin Qətəri işğal edə biləcəyi qorxusu təsir etdi”.

Səudiyyəlilərin İsrail rejimini İrana və Hizbullaha hücuma həvəsləndirdiyini və israrla bunun üçün təbliğat apardığını qeyd edən Koen, belə davam edib: “Bir tərəfdən də anti-semitizm oyunu oynayırlar. İrana qarşı qurulan və 4000 nəfərin işlədiyi “Səudiyyə cəzalandırması” sosial şəbəkə qrupu, atdığı tvitlərdə yəhudi düşmənçiliyini də edir. Məsələn, atdıqları bir tvitdə Qətərin ümmətin düşmənləri olan İran və İsrail rejiminə xidmət etdiyini deyirlər”. Koen bu vəziyyəti ikili standart kimi qiymətləndirib.

İsrail rejiminin işğal etdiyi Fələstin torpaqlarında yaşayan yəhudi şərqşünas Eddi Koen “İsrael Hayom” qəzetində yazdığı məqaləsində Səudiyyə rejimi ilə İsrail rejimi arasında olan münasibətləri ifşa edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-18-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap