header

 İranda İŞİD-in 4 nəfərlik qrupu zərərsizləşdirildi

İranın cənub-qərbində İŞİD-in terrorçu dəstəsi ələ keçirilib

Tashaio.com İran mediasına istinadən xəbər verir ki, İranın təhlükəsizlik naziri ölkənin cənub-qərbində İŞİD terror qruplaşmasına bağlı bir terror dəstəsinin üzvlərinin təhlükəsizlik qüvvələri tərəfindən həbs olunmasından xəbər verib.

İranın təhlükəsizlik naziri Mahmud Ələvi dünən axşam Zəncanda "İşraq" yerli televiziyaya verdiyi müsahibə zamanı deyib ki, qardaşı Suriyada İŞİD terror qruplaşmasının tərkibində döyüşərkən öldürülən şəxs tərəfindən başçılıq edilən və İranda dəstə düzəltməklə daha sonra İŞİD-ə qoşulmağı planlaşdıran 4 nəfərlik dəstənin üzvləri təhlükəsizlik qüvvələri tərəfindən həbs ediliblər. 

"Bu terror dəstəsi bəzi məntəqələrdə təxribat törətməyi planlaşdırıbmış. Amma, təhlükəsizlik qüvvələrinin vaxtında müdaxilə etməsi ilə öz planlarını həyata keçirə bilməyiblər.", - deyə İranlı nazir qeyd edib. 

İranın cənub-qərbində İŞİD-in terrorçu dəstəsi ələ keçirilib
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-17-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap