header

 Tramp: Avropa İttifaqı bizim düşmənimizdir!

ABŞ prezidenti Avropa İttifaqını Rusiya və Çinlə bir tutub.

Tashaio.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ prezidenti öz bəyanatında Avropa İttifaqını “düşmən” adlandırıb.

Daha öncə NATO-nu da tənqid atəşinə tutmuş Tramp Avropa İttifaqını (Aİ) ticarət sahəsində ABŞ-dan sui-istifadə etməkdə ittiham edib.

Ağ Ev başçısı Aİ-ni Rusiya və Çinlə birlikdə tərəzinin bir gözünə qoyaraq deyib: “Rusiya bəzi aspektlərdə düşməndir. Çin iqtisadi planda düşməndir. Amma Aİ birmənalı olaraq ABŞ-ın düşmənidir.”

Tramp bildirib ki, Aİ-nin NATO-ya üzv bir çox ölkələri heç bir xərc etmir. O, bundan sonra Almaniyanı yenidən tənqid edib.

Tramp Almaniyanın enerji ilə təmin edilməsi üçün Rusiyanın həyata keçirdiyi “Şimal Axını - 2” qaz kəməri layihəsinə toxunaraq bildirib: “Berlinin Rusiyaya “milyardlarla milyard” sərmayə yatırması və eyni zamanda da ABŞ-dan Almaniyanı Rusiyadan qorumağı xahiş etməsi gülüncdür və Berlinin Moskva qarşısında təslimiyyətinin nişanəsidir.”

ABŞ prezidenti Avropa İttifaqını Rusiya və Çinlə bir tutub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-25-1397
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap