header

 Ayətüllah Məkarim Şirazi: Vahabiliyin ömrü sona yetişmişdir

müsəlmanların problemlərinin həlli onların həqiqi islama qayıtmasındadır

  • Tashaio.com- Şiələrin təqlid mərcəyi demişdir: Müsəlmanların problemlərinin həlli onların həqiqi islama qayıtmasındadır. Həqiqi islamı Qurandan öyrənsək, ona bağlı qalsaq və ona əməl etsək islam dünyasının problemləri həll olacaqdır. O həzrətləri Çinin din mədrəsələrinin seçkin ustadlarından bir tedadı ilə görüşündə bu görüşdən sevindiyini bildirərək demişdir: Müsəlmanların bir-birilə görüşməsi islam məzhəblərinin yaxınlaşmasına və müsəlman ittifaqının güclənməsinə səbəb olacaqdır. O artırmışdır: Uzaqda durub hökm vermək düzgün olmazdı. İnsan yaxından bir-birilə görüşməli və fikirləri öyrənməlidir ki, düzgün hökm verə bilsin. Çünki bir çox bədbinlik əlaqə və danışıq yolu ilə aradan qaldırılır. Şiələrin təqlid mərcəyi Vahabi əqidələri vasitəsilə islama yol tapan problemlərdən birinin kobudluq olduğunu bəyan edərək bildirmişdir: Vahabiliyin gördüyü işlər dünyada islam haqqındakı bəzi fikirlərin dəyişilməsinə səbəb olmuşdur. Biz isə sübut etməliyik ki, islam məhəbbət dini, dostluq və dinc yanaşı yaşamaq dinidir. Onda kobudluğa yol verilməz. O, sözlərini davam etdirərək demişdir: Bunları düzgün şəkildə sübuta yetirsək islam dünyasının bir çox problemləri həllini tapacaqdır. Biz, islamın məhəbbət və dinc yanaşı yaşama dini olduğu haqda kitablar yazmışıq. Onları Çin dilinə tərcümə etməklə region müsəlmanlarının vəziyyətini yaxşılaşdırmaq olar. Bu kitablar sübut edir ki, islam kobudluq dini deyil, məhəbbət dinidir. Ayətüllah Məkarim Şirazi islam dünyası problemlərinin həlli yolları haqqında müsəlmanların arasındakı əlaqələrin güclənməsinin effektiv olduğunu bildirərək demişdir: Müsəlmanların problemlərinin həlli onların həqiqi islama qayıtmasındadır. Həqiqi islamı Qurandan öyrənsək, ona bağlı qalsaq və ona əməl etsək islam dünyasının problemləri həll olacaqdır. O artırmışdır: düşmənlər islamı öz qeyri-qanuni mənafelərinə əngəl bilirlər. Biz isə düşmənlərin dəsisə və təbliğat planlarına aldanmamalı və bilməliyik ki, həqiqi islama qayıdış müsəlmanların xəlas olmasına və bağlılığına səbəb olacaqdır. Ayətüllah Məkarim Şirazi demişdir: Həcc günlərində islam birliyinin mükəmməl nümunəsinin şahidi oluruq. Hamı məhrəm olur, təvaf edir, Ərəfata, Məşərə, qurban mərasiminə və rəmyi-cəmərata gedir. Bu mövsümdə islamın müxtəlif məzhəbləri arasında böyük birlik hiss olunur. Çünki islama qayıdış vardır. O davam etdirmişdir: Bir-birimizə bu qədər yaxınlaşa bildiyimiz halda digər məqamlarda da prinsiplərə əməl etsək ixtilaflar aradan qaldırılacaq və müsəlmanlar birləşəcəklər. Ayətüllah Məkarim Şirazi vahabiliyin fəaliyyəti haqqında vurğulamışdır: Vahabilin ömrü sona çatmışdır. Çünki onun məhsulu kobudluqdan, müsəlmanları qırmaqdan, ayrılıq salmaqdan və viranəlikdən başqa bir şey deyildir. Vahabiliyin ömür sonuna doğru getdiyini dünya da bilir və əlaqədar təbliğatları solğunlaşmışdır. Çünki onlarn məhsulu İŞİD-dir. O, iclasdakı ustadlara tapşırıq xarakterli bəyanatlarla çıxış edərək demişdir: siz islam təlimlərini ağır bir şəraitdə keçirirsininz və islam mücahidləri hesab olunursunuz. Bacardığınız qədər Allahı unutmayın, əlsiz-ayaqsızlara kömək edin, daimi olmayan cavanlığınızdan istifadə edin, cavankən böyük işlər görün. Ayətüllah Məkarim Şirazi açıqlamışdır: Bir rəvayətdə deyilir ki, müəllim öz şagirdinə “bismillahir-rəhmanir-rəhimi” təlim versə, o da öyrənsə Allah onun və ata-anasının cəhənnəmdən azad olması əmrini verər ki, bu da islamda təlim-tərbiyənin xüsusi mövqeyini göstərir. O, sözlərinin sonunda dünya müsəlmanlarının müvəffəqiyyəti, onların bəlalardan və islam düşmənlərinin dəsisələrindən amanda qalması üçün dua etdi.
müsəlmanların problemlərinin həlli onların həqiqi islama qayıtmasındadır
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-15-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap