Gəncə işi ilə bağlı yeni həbs - İki sayta cinayət işi açıldı
Posted on : Ölkə 07/14/2018
Gəncə işi ilə bağlı yeni həbslər var: iki sayta cinayət işi qaldırıldı
"Tashaio.com" xəbər verir ki, DİN mətbuat xidmətindən verilən məlumata görə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 2018-ci il iyulun 3-də Gəncə şəhərində törədilmiş terror aktında iştirakda təqsirləndirilən Əliyev Akif İsmayıl oğlu həbs edilib.
Əliyev Akif İsmayıl oğlu – 1966-cı ildə anadan olub. Azərbaycan Respublikasının vətəndaşıdır.
Bundan başqa, 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş vermiş cinayət hadisəsinin aktiv iştirakçıları Əliyev Seymur Ceyhun oğlu və Rüstəmov Elman İlham oğlu həbs edilib.
Əliyev Seymur Ceyhun oğlu – 18.01.1993-cü ildə Gəncə şəhərində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır.
Həmçinin mətbuata bilə-bilə yalan məlumat yaymaqla suçlandırılan daha 2 saytın –“gununsesi.info” və “teref.info” vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işləri başlanıb.
Gəncə hadisələrində iştirakda şübhəli bilinən 4 şəxs Azərbaycan-Rusiya sərhəddini Qusar rayonu ərazisindən, 1 nəfər isə Azərbaycan-Gürcüstan sərhəddinin Qazax rayonu ərazisindən keçmək istərkən saxlanılıblar.