header

 Rusiya təkzib etdi: Suriyadakı hərbçilərimiz sağ-salamatdır

Rusiya MN KİV-də yayılmış məlumatlara münasibət bildirib.

Tashaio.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Rusiya Müdafiə Nazirliyi Suriyada terror aktı nəticəsində rusiyalı hərbi qulluqçuların ölməsi haqda KİV-də yayılmış məlumatları təkzib edib.

Rusiya MN-dən bildiriblər ki, “Lenta.ru” saytının İŞİD terror təşkilatının informasiya resurslarına istinad edərək yaydığı bu xəbər növbəti yalandır.

Qeyd edilir ki, Rusiya nə Dəra əyalətində, nə də ümumilikdə Suriya ərazisində itki verməyib.

Əlavə edilib ki, bütün rusiyalı hərbçiləri sağdılar, salamatdırlar və plan rejimi üzrə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirirlər.

Bundan başqa, Rusiya MN-dən bildiriblər ki, “Lenta.ru”-nun İŞİD terrorçularının məqsədyönlü şəkildə  yaydığı xəbəri dərc etməsi təəssüf hissi doğurur.

Rusiya MN KİV-də yayılmış məlumatlara münasibət bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-11-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap