Rusiya təkzib etdi: Suriyadakı hərbçilərimiz sağ-salamatdır
Posted on : Digər sahələr 07/11/2018
Rusiya MN KİV-də yayılmış məlumatlara münasibət bildirib.
Tashaio.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Rusiya Müdafiə Nazirliyi Suriyada terror aktı nəticəsində rusiyalı hərbi qulluqçuların ölməsi haqda KİV-də yayılmış məlumatları təkzib edib.
Rusiya MN-dən bildiriblər ki, “Lenta.ru” saytının İŞİD terror təşkilatının informasiya resurslarına istinad edərək yaydığı bu xəbər növbəti yalandır.
Qeyd edilir ki, Rusiya nə Dəra əyalətində, nə də ümumilikdə Suriya ərazisində itki verməyib.
Əlavə edilib ki, bütün rusiyalı hərbçiləri sağdılar, salamatdırlar və plan rejimi üzrə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirirlər.
Bundan başqa, Rusiya MN-dən bildiriblər ki, “Lenta.ru”-nun İŞİD terrorçularının məqsədyönlü şəkildə yaydığı xəbəri dərc etməsi təəssüf hissi doğurur.