header

 İsrail qüvələri blokadanı yarmaq üçün Qəzzadan yola düşən “Azadlıq gəmisi 2”ə hücum edib

Saxlanılan fələstinlilərdən 7 nəfər sərbəst buraxılıb

İsrail rejimi Qəzza blokadasını yarmaq üçün “Azadlıq gəmisi 2” ilə yola çıxan qrup üzvlərindən saxladığı 7 nəfəri sərbəst buraxıb, lakin gəminin kapitanı və köməkçisi hələ də həbsdədir. 
 
Tashaio.com “Dünyablüteni”nə istinadən xəbər verir ki, Qəzzadakı blokadanı yarmaq üçün Milli Hərəkatın Koordinatoru Raid Ebu Dayr bildirib ki, sərbəst buraxılan 7 nəfər Beyt Hanun qapısından keçərək Qəzzaya geri dönüb. 
 
R.E.Dayr beynəlxalq təşkilatlardan istəyib ki, həbsdə saxlanılan kapitan və onun köməkçisinin azadlığa buraxılması üçün hərəkətə keçsinlər.
 
Qeyd edək ki, ötən gün İsrail rejiminin Qəzza blokadasını yarmaq istəyən fələstinlilər, “Azadlıq gəmisi 2” ilə Qəzza limanından hərəkət ediblər. Gəmidə Böyük qayıdış yürüşü aksiyalarında yaralananlar, xəstələr və işsiz məzun tələbələrdən ibarət 11 nəfər olub. Gəminin Kipr Respublikasının limanına çatması planlaşdırılırdı. İşğalçı İsrail rejim qüvvələri ötən gün “Azadlıq gəmisi 2” yə hücum edib və gəmidə olan sərnişinləri həbs etmişdi.
 
Böyük qayıdış və Blokadanı yarmaq yürüşünün milli komitəsinin yaydığı bəyanatında, "Azadlıq gəmisi 2" yə beynəlxalq müdafiənin təmin olunması üçün çağırış olunmuş, gəmidəki sülh könüllülərinin başına gələcək hadisələrə görə, İsrail rejiminin məsuliyyət daşıyacağı bildirilmişdi.
 
İşğalçı İsrail rejimi 2006-cı  ildən Qəzza zolağını blokadada  saxlayır.
Saxlanılan fələstinlilərdən 7 nəfər sərbəst buraxılıb
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-11-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap