Avropa Birliyi rəhbərindən Trampa xəbərdarlıq: Mütəffiqlərinizin qədrini bilin, onsuzda sayları elə çox deyil
Posted on : Digər sahələr 07/10/2018
Avropa Birliyinin sədri Donald Tusk Bruseldə keçiriləcək NATO zirvəsindən öncə Trampa çağırış edib.
Avropa Birliyinin sədri Donald Tusk Bruseldə keçiriləcək NATO zirvəsindən öncə Trampa çağırış edib.
Tashaio.com bildirir ki, Donald Tusk NATO ziivəsindən oncə açıqlama verib. Polşanın sabiq rəhbəri Donald Tusk NATO-nun saxlanması məsələsində mütəffiqlərindən gileylənən Donald Trampa səslənib: "Əziz Donald Tramp, lütfən mütəffiqlərinizin qədrini bilin, onsuzda sayları elə çox deyil".
Qeyd edək ki, bu gündə Tramp Tvitterdə sosial hesabında yenə NATO mütəffiqlərinə gileyini dilə gətirib: "Avropaya gedirəm. İlk NATO toplantım olacaq. ABŞ onları qorumaq üçün digər bütün ölkələrdən daha çox xərc çəkir. Bu ABŞ-da vergi ödəyənlər üçün heç də ədalətli bir vəziyyət deyil. Bu az deyilmiş kimi, AB ilə ticarətdə 151 milyard dollar itirdik. Bizi yüksək gömrük vergilərində ittiham edirlər".
Getting ready to leave for Europe. First meeting - NATO. The U.S. is spending many times more than any other country in order to protect them. Not fair to the U.S. taxpayer. On top of that we lose $151 Billion on Trade with the European Union. Charge us big Tariffs (& Barriers)!
— Donald J. Trump (@realDonaldTrump) July 10, 2018
İkinci tvitində isə bu ifadəlkəri işlədib: "ABŞ daha az, NATO ölkələri daha çox ödəməlidirlər. Çox ədalətsizlikdir".
NATO countries must pay MORE, the United States must pay LESS. Very Unfair!
— Donald J. Trump (@realDonaldTrump) July 10, 2018