header

 Suriyada terrorçular çox sayda tank və hərbi texnikanı təslim etdi

Suriyadakı Rusiya Mərkəzi məsələ ilə bağlı məlumat yayıb.

Tashaio.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, Suriyadakı qeyri-qanuni silahlı birləşmələrin döyüşçüləri sutka ərzində 11 tank və 5 piyada döyüş maşınını (PDM) təslim edib. Bu haqda Suriyadakı düşmən tərəflərin barışdırılması üzrə Rusiya mərkəzinin başçısı Aleksey Tsıqankov brifinqdə bildirib.

Qeyri-qanuni silahlı birləşmələrin döyüşçüləri sutka ərzində ümumilikdə 11 tank, 5 PDM, 55 iriçaplı pulemyot, 3 zenit qurğusu, ABŞ istehsalı 14 tank əleyhinə idarə edilən raket və çox sayda silah təhvil veriblər.”, - deyə o qeyd edib.

Tsıqankov həmçinin bildirib ki, cənub-qərb deeskalasiya zonasındakı yaşayış məntəqələrinin ağsaqqalları və qeyri-qanuni silahlı birləşmələrin liderləri ilə barışıq bölgələrindəki vəziyyətin normallaşdırılması üçün danışıqlar aparılıb.

Nəticədə Rid Dəməşq əyalətindəki Busra yaşayış məntəqəsindən 2 tank, 1 minaatan və 1 pulemyot təhvil verilib.

Suriyadakı Rusiya Mərkəzi məsələ ilə bağlı məlumat yayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-10-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap