header

 Hollandiyada sionist rejimi əmtəələrinə embarqo kampaniyası təşkil edilmişdir

Fələstin xalqını himayə məqsədilə Hollandiyada sionist rejimi əmtəələrinə embarqo kampaniyası təşkil edilmişdir

Tashaio.com-Hollandiyadakı fələstinlilər “Docp” müəssisəsinin əməkdaşlığı ilə Fələstin xalqını himayə əlaməti olaraq bu ölkənin bir neçə şəhərində sionist rejimi əmtəələrinə embarqo kampaniyası təşkil etmişlər. Onlar Hollandiya əhalisi arasında büllüten paylayaraq yəhudi qəsəbələrində istehsal olunan məhsulların alınmasının təhlükəli olduğunu və Fləstin xalqına mənfi təsir buraxacağını izah etmişlər. Büllütenlərdə demokratik ictimaiyyətin Fləstin xalqına qarşı zülm edən və insan hüquqlarını taptalayan bütün adamları mədəni və iqtisadi baykot eləməklə sonist rejimi düşməninə qarşı mübarizədəki rolunu açıqlanmışdır. İspaniya bələdiyyələri də neçə vaxt bundan əvvəldən fələstinlilərə qarşı sionist düşmənin cinayətlərinin davam etməsinə reaksiya olaraq İsraili baykot siyasətini başlamışlar. İspaniyanın şimal qərbində yerləşən Astorias əyalətinin paytaxtı Abiyede şəhərinin bələdiyyə başçısı işğal olunmuş Fləstin şəhəri Netanyanın sionist musiqi qrupunun payızda nəzərdə tutulmuş proqramını ləğv etmişdir. Bələdiyyə başçısı qrupun rəhbərlərinə bildirmişdir ki, belə bir mərasimin bu şəhərdə keçirilməsinə yol verməyəcəkdir. Digər tərəfdən Barselona bələdiyyəsi səs çoxluğu ilə sionist rejiminin hərbi blokadasını tələb edərək İspaniya dövlətindən istəmişdir ki, blokadanın həyata keçirilməsini təmin etsin. Beləliklə Barselona irqçi sionist rejimi ilə silah ticarətini hərbi-təhlükəsizlik əməkdaşlığı dayandırmağa təşəbbüs göstərən ən böyük şəhərə çevrilmişdir. Vaxtı ilə cənubi Afriqa apartaid dövləti analoji blokadaya məruz qalmışdı. Barselona bələdiyyəsi sahəsinə aid 7 siyasi partiyalardan bəşi sionist rejimin blokadaya alınmasına səs vermişdir. Barselona bələdiyyəsindəki blokada layihəsində fələstinlilərin Qəzzə zolağındakı nümayişinin sionist hərbçilərinin atəşinə məruz qalması məhkum edilmiş və fələstinlilərin bu zolaqda sərbəst gəl-get hüququ vurğulanmışdır. Beləliklə Barselona bələdiyyəsi BMT insan hüququ şursının 23 Martda Qəzzədəki son qırğınlara dair benəlxalq tədqiqatın aparılmasına dair qətnaməsini dəstəkləmək qərarına gəlmiş və beynəlxalq əfv və əməkdaşlıq təşkilatlarından istəmişdir ki, sionist rejimini hərbi blokadaya alaraq onunla silah ticarətini dayandırsınlar. Barselona bələdiyyəsi Avropa birliyindən və BMT-dən istəmişdir ki, sionist rejimini uşaq hüquqlarına dair beynəlxalq müqavilələrə bağlı olmaq məcburiyyətində qoysunlar, ona 400 Fləstin uşağının sionist həbsxanalarından azad edilməsi üçün təzyiq göstərsinlər. Həmin bələdiyyə Amerika səfirliyinin işğal olunmuş Qüdsə köçürülməsini də şiddətlə məhkum etmiş, bu işi beynəlxalq qanunlara və BMT təhlükəsizlik şurasının qətnamələrinə zidd hesab etmişdir. Barselona bələdiyyəsində qəbul edilən bu layihə İspaniya dövlətinə, Avropa birliyinə, Fələstin didərginlərinə aid imdad və məşğulluq agentliyinə göndəriləcəkdir.

Fələstin xalqını himayə məqsədilə Hollandiyada sionist rejimi əmtəələrinə embarqo kampaniyası təşkil edilmişdir
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-08-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap