header

 Çin ABŞ-a xəbərdarlığını təkrarladı; Tariflərə görə

Çinin Ticarət Nazirliyi Pekin əleyhinə ticarət tariflərinin tətbiq olunması haqda ABŞ-a xəbərdarlıq edib.

Röytersin məlumatına görə, Çinin Ticarət Nazirliyinin sözçüsü cümə axşamı günü bir daha deyib: ABŞ yeni ticarət tarifləri tətbiq etməklə region və dünyada ticarət savaşını alovlandırmaqdadır.

Gao Feng Pekində mətbuat konfransında bildirib: ABŞ-ın ticarət tarifləri məhsulun bazara çıxarılması və xidmətlər üzrə qlobal dövriyyəyə zərbə vuracaq.

O əlavə edib: Çin öz ticari və iqtisadi mənafeyini müdafiə etmək üçün heç bir səyini əsirgəməyəcək.

Tramp hökuməti sabah 6 iyuldan Çindən idxal olunan məsullara 34 milyard dollarlıq tarif tətbiq etmək niyyətindədir.

ABŞ və Çin arasında ticarət gərginliyinin artması ardınca, Çinin maliyyə bazarlarında yuanın dəyəri və birja göstəriclərində ucuzlaşma baş verib.

Çin Kütləvi İnformasiya Vasitələri də Tramp hökumətinin ticarət siyasətlərini tənqid atəşinə tutaraq Pekinin Vaşinqtonun hər hansı tarif planı və ya məhdudlaşdırıcı ticarət siyasəti ilə qarşılaşmağa tam hazır olduğunu bildiriblər

Çinin Ticarət Nazirliyi Pekin əleyhinə ticarət tariflərinin tətbiq olunması haqda ABŞ-a xəbərdarlıq edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-05-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap