header

 Səudiyyədən Yəməndəki toya qanlı hücum

Səudiyyə Ərəbistanı rejiminin başçılıq etdiyi koalisiyası Yəməndə növbəti qanlı hücumunu törədib.

Tashaio.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanı rejiminin başçılıq etdiyi koalisiya Yəmənin şimalındakı Səəda əyalətində əməliyyat keçirib.

Koalisiya qırıcıları ötən gün adıçəkilən əyalətin əl-Zəhra şəhərindəki toy mərasimini atəşə tutublar. Nəticədə 8 dinc sakin qətlə yetirilib, 6 nəfər isə yaralanıb.

Səud rejimi qırıcıları həmçinin bazar ertəsi günü Zabid və əl-Təhiti şəhərlərindəki məktəb və restoranı da atəşə tutmuşdu. Nəticədə 3 dinc sakin dünyasını dəyişib, 3 nəfər isə yaralanıb.

Koalisiya qüvvələri çox sayda insanın yığışması səbəbi ilə tez-tez Yəməndəki bayram və yas mərasimlərini hədəfə alırlar. Belə ki, koalisiya qüvvələri  aprelin 23-ü əl-Raq kəndindəki toya hücum edərək 33 dinc sakini öldürmüş, 55 nəfəri isə yaralamışdı.

Səudiyyə Ərəbistanı rejiminin başçılıq etdiyi koalisiyası Yəməndə növbəti qanlı hücumunu törədib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-04-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap