header

 Azərbaycan Tibb Universitetinin tələbələri ayağa qalxdı

Azərbaycan Tibb Universitetinin tələbələri Səhiyyə Nazirliyinin önündə aksiya keçiriblər.

Azərbaycan Tibb Universitetinin tələbələri Səhiyyə Nazirliyinin önündə aksiya keçiriblər.

Buna səbəb Tibb Universitetinin təxminən 70 tələbəsi 29 iyun tarixində Səhiyyə Nazirliyinin binası qarşısında toplaşması olub. Onlar rezidenturaya plan yerlərinin qəfildən azalmasına etirazlarını bildirərək verilən qərarın yenidən gözdən keçirilərək ləğvini tələb ediblər. Tələbələrin qarşısına çıxan Səhiyyə Nazirliyinin nümayəndəsi Səfayə Əhmədova və aparıcı məsləhətçi Təranə xanım onları danışmağa dəvət edib. Tələbələrə bildirilib ki, rezidenturaya qəbul dövlətin həkim mütəxəssisə ehtiyacı və sifarişlərinə görə təyin olunur:“Bu, Tibb Universitetinin təşəbbüsü və qərarı deyil. Rezidentiranı bitirdikdən sonra həkimlər işlə təmin olunmalıdır. Əgər iş yeri bu qədərdirsə, çox plan yeri ayırmaq mümkün deyil”.

Tələbələr isə o halda niyə bakalavra qəbul imtahanında tibbi ixtisaslar üzrə yüzlərlə plan yerinin ayrıldığını bildiriblər.

Məsələyə aydınlıq gətirmək üçün 2 iyulda Azərbaycan Tibb Universitetinin 5 tələbəsi səhiyyə naziri ilə görüşəcək.

Saat 10:00 radələrində baş tutacağı ehtimal olunan görüşdə tələbələr rezidentura üçün ayrılmış plan yerlərin artırılması ilə bağlı danışıqlar aparacaqlar.

Qeyd edək ki, bu il rezidentura mərhələsinə plan yerlərinin sayı 37% azaldılıb. Ötən il müalicə işi fakültəsi üçün 400-dən artıq plan yeri olduğu halda bu il cəmi 263 yer ayrılıb. Stomatologiya fakültəsi tələbələrinin dediyinə görə, keçən il plan yerlərinin sayını 21-dən 11-ə, bu il isə daha da azaldaraq 5-ə endiriblər. 9 milyon əhalisi olan ölkə üçün cəmi 5 stomatoloq yeri ayırılıb. Bu, universiteti həm bu, həm də əvvəlki illərdə bitirən məzunların böyük əksəriyyətinin kənarda qalmasına gətirib çıxarır. Üstəlik, rezidentura mərhələsinə plan yerlərinin imtahanlar keçirildikdən və tələbələr imtahan üçün ödəniş etdikdən sonra açıqlanması da birmənalı qarşılanmayıb.

Azərbaycan Tibb Universitetinin tələbələri Səhiyyə Nazirliyinin önündə aksiya keçiriblər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-02-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap