header

 Kərbəlanın vəfalı və sədaqətli şəhidi - Vəhab ibn Abdullah - Video

Allah dostları bu nuru özündə əks elətdirən çırağır.

İslaminSesi.info - İslam dini Allahın haqq dini olmaqla yanaşı həm də pak qəlbləri öz ətrafına toplayan bir nurdur.

 Allah dostları isə bu nuru özündə əks elətdirən çırağır.

 Bu parlaq çıraq dinindən və etiqadından aslı olmayaraq bütün pak və ədalətpərəst qəlbləri özünə cəzb edir.

 Həzrəti Hüseyn (ə)-da islamın ən parlaq günəşindəndir ki, neçə yüzilliklərdir ədalət aşiqlərini özünə məftun eliyir.

Vəhhab ibn abdullah da  imam Hüseyn siması qarşısında məftun olan, qəlbi ədalət və haqq eşqi ilə çırpınan Allah bəndələrindən idi.

 O, imamin karvanı ilə rastlaşmamışdan qabaq xristian dinində olan və yenicə- 17 günlük ailə qurmuş bir gənc idi.

 Vəhabin imam Hüseyn (ə) karvanı ilə rastlaşmaları onun imamət günəşinə eşqi ilə nəticələnir və imamın karvanına qoşulur.

 Onun bu fikrini anası və yenicə evlənmiş xanımı böyük rəğbətlə qarşılayır, hətta onlar da Vəhabla bərabər bu eşq karvanina qoşulurlar.

 Aşura günündə öz vahiməsi ilə düşmənin canına qorxu salan Vəhab böyük əzm və şücaətlə şəhid olur.

 Vəhabın anası isə bir neçə dəfə əlindəki ağacla düşmənə həmlə etmiş, lakin imamın (ə) göstərişi ilə geri çəkilmişdi.

 Şimir Vəhəbin kəsik başını imama (ə) tərəf atib xristian olmasina tənə vuraraq istehza edir.

 Bu istehzaya dözə bilməyən qəhrəman ana oğlunun kəsik başını əlinə alib, düşməni vurmaq üçün onlara tərəf atır və deyir:

 “Həmd olsun Allaha ki, oğlumun şəhid olmasi ilə rəbbimin və imamımın yanında başım uca, gözüm aydın oldu!”

 Tarixçilər qeyd edir ki, oğlunun başsız bədəni yanında oturan ananı görən ləyaqətsiz Şimir onun da öldürülməsini nökərinə əmr edir.

 Nökər də arxadan gəlib o qəhrəman ananın başına zərbə endirib onu da Kərbəlanin şəhidlər karvanına mülhəq edir.

 

Yaşar Nuriyev

 

Allah dostları bu nuru özündə əks elətdirən çırağır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-21-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap