Qasim Süleymani Kərbəla ziyarətinə gedib - VİDEO
Posted on : iran 06/20/2018
İranın Yaxın Şərqdəki ən önəmli gücü sayılan, general Qasim Süleymani qəfil Kərbəlaya yola düşüb
İslamazeri.com xəbər verir ki, İranın Yaxın Şərqdəki ən önəmli gücü sayılan, İran İslam İnqilabı Keşikçilər Korpusunun "Qüds" briqadasının komandiri, general Qasim Süleymani qəfil Kərbəlaya yola düşüb. Bu haqda İranın sosial şəbəkələrində video və fotolar yayımlanıb. Media isə, video və məlumatların yeni olduğunu bildirir.
Qeyd edək ki, Süleymanini İraq Ordusu, həmçinin "Haşdi Şabi" könüllülərinin komandirləri müşaiyət edib.
Onu da qeyd edək ki, generalın adətən ziyarətdən yayılan videosundan sonra, çox önəmli əməliyyatlara start verilir.