Netanyahu ərəb krallığına qəfil səfər etdi
Posted on : Digər sahələr 06/19/2018
B.Netanyahu İordaniya kralı ilə görüş keçirib.
İslamazeri.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, İsrail rejiminin Baş naziri Binyamin Netanyahu İordaniyaya əvvəlcədən elan edilməmiş səfər edib. O, kral II Abdullah ilə danışıqlar aparıb.
“Baş nazir Binyamin Netanyahu və İordaniya kralı II Abdulla bu gün (18.06.2018) Əmmanda görüşüblər.”, - deyə Netanyahunun dəftərxanasından bildiriblər.
Qeyd edilir ki, onlar regiondakı vəziyyəti, Fələstin-İsrail sülh prosesini, həmçinin ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər.
Xatırladaq ki, yanvar ayında xəbər verilmişdi ki, İsrail səfirliyi İordaniya paytaxtındakı işini bərpa etmək niyyətindədir.