BƏƏ-nin Baş Qərargah generalı Yəməndə öldürüldü
Posted on : Digər sahələr 06/19/2018
Yəmənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Əisa Saif əl-Məzruyi Yəməndə öldürülüb.
FaktXəbər bildirir ki, bu barədə "Fars News" agentliyi məlumat yayıb.
Məlumata görə, Yəmənin qərbində yerləşən Hudeyda şəhərində "Ənsarullah" hərəkatının döyüşçüləri ilə qarşıdurmada BƏƏ-nin 43 hərbçisi, o cümlədən general-mayor əl-Məzruyi həyatını itirib.
Yəmənin Qırmızı dəniz sahillərində yerləşən Hudeyda liman şəhərinə hücuma keçən Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri isə son bir neçə gündə 253 əsgərini itirib.
Qeyd edək ki, BƏƏ ötən çərşənbə günü öz qüvvələrinin öldürülməsini təsdiqləməsə də, lakin 4 qurbanın cəsədini tələb edib.