Husilər BƏƏ-nin hərbi gəmisini partladıb - VIDEO
Posted on : Digər sahələr 06/14/2018
Səudiyyə Ərəbistanı və BƏƏ-nin rəhbərlik etdiyi koalisiya qüvvələri çərşənbə günü Yəmənin Qırmızı dəniz sahillərində yerləşən Hudeyda liman şəhərinə hücuma keçib.
FaktXəbər-in verdiyi məlumata görə, "Qızıl Qələbə" adı ilə başladılan əməliyyatın ilk günündə ağır itkilər verən koalisiya qüvvələri heç bir uğur əldə edə bilməyib.
Yəmənin "Ənsarullah" hərəkatı hava, quru və dənizdən hücuma keçən koalisiya qüvvələrinə ağır zərbələr vurub. Dənizdən Hudeydaya yaxınlaşmaq istəyən BƏƏ-yə məxsus hərbi gəmilərindən biri Husilər tərəfindən partadılıb. Bu hücumdan sonra gəmilər geri çəkilməyə məcbur qalıblar.