Pompeo: KXDR-ə qarşı sanksiyalar qaldırılmayacaq
Posted on : Digər sahələr 06/14/2018
ABŞ-ın dövlət katibi Mayk Pompeo bəyan edib ki, Vaşinqton Koreya Xalq Demokratik Respublikasına (KXDR) tətbiq olunan sanksiyaları nüvəsizləşdirmə tam həyata keçməyənə qədər ləğv etməyəcək.
FaktXəbər "Renhap" agentliyinə istinadən bildirir ki, bu barədə o, yaponiyalı və cənubi koreyalı həmkarları ilə görüşdən sonra çıxış edib.
Pompeo həmçinin deyib ki, KXDR lideri Kim Çen In tez bir şəkildə prosesin keçirilməsinin zəruriliyini anlayır.
Onun sözlərinə görə, nüvəsizləşdirmə prosesi ardıcıl şəkildə həyata keçiriləcək.