Yəmən ordusu Səudiyyə Ərəbistnına növbəti dəfə ballistik raket zərbələri endirdi
Posted on : Digər sahələr 06/13/2018
Yəmən ordusu və Husilər Səudiyyə Ərəbistanının iki vilayətinə “Bədr-1” tipli ballistik raket zərbələri endirib.
Birinci zərbə Səudiyyə Ərəbistanın Cizan vilayətində yerləşən “Əl-Feysəl” hərbi bazasına endirilib. İkinci raket zərbəsinin isə Cizan vilayətinin sənaye zonasına endirildiyi qeyd edilir.
Xatırladaq ki, ötən gündən etibarən Səudiyyə və müttəfiqləri Yəmənin Hudeyda vilayətinə qarşı genişmiqyaslı hərbi əməliyyata başalayıb. Şiddətli döyüşlərin davam etdiyi bildirilir.
Mənbə: eastnews