Azərbaycanın xarici dövlət borcu 10 mlrd. dollara yaxınlaşıb
Posted on : Ölkə 06/12/2018
Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycan beynəlxalq maliyyə qurumları və digər kredit təşkilatları ilə 14,2 mlrd. ABŞ dolları məbləğində kredit sazişləri imzalayıb.
Bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə xarici dövlət borcunun ümumi məbləği 9,6 mlrd. dollar təşkil edib.
Bu, ölkənin ümumi daxili məhsulunun (ÜDM) 22%-i qədər olmaqla adambaşına 972,4 dollar xarici dövlət borcu deməkdir.